sas məqsədi ictimai fayda və rifaha nail olmaqdan ibarətdir. Deməli, onların əsas və başlıca fəa-
liyyəti əmtəə və əmlak xarakterli iqtisadi (əmlak) dövriyyədə iştirak etməklə əlaqədar deyil. Məhz bu səbəbdən
qeyri-kommersiya təşkilatları iqtisadi (əmlak) dövriyyənin, o cümlədən kommersiya (sahibkarlıq) dövriyyəsi-
nin professional (peşəkar) iştirakçısı hesab edilmir. Onları əmtəə-pul münasibətlərinin, bazar əmtəə dövriy-
yəsinin daimi subyekti saymaq olmaz.
Ş
übhəsiz ki, qeyri-kommersiya təşkilatları özlərinin əsas və başlıca fəaliyyətini maddi təminat olmadan hə-
yata keçirə bilməz. Bu cür təminatın zəruriliyi həmin təşkilatların müstəqil hüquqi şəxs rolunda çıxış etməsini
şə
rtləndirir.
Qeyri-kommersiya təşkilatları sahibkarlıq fəaliyyəti ilə məşüul ola bilərlər, bir şərtlə ki, həmin fəaliyyət
bu təşkilatın yaradıldığı məqsədə çatmaüa xidmət etsin və göstərilən məqsədə uyüun olsun. Amma qeyri-
kommersiya təşkilatlarının əsas və başlıca fəaliyyəti professional biznes və peşəkar sahibkarlıqla bir araya sıü-
mır. Sahibkarlıq fəaliyyəti onların həyata keçirdikləri əsas fəaliyyətə münasibətdə yardımzı xarakter daşıyır.
Dostları ilə paylaş: |