Microsoft Word mulki huquq doc


Yalnız dövlət qeydiyyatına alındıqdan sonra xarici hüquqi



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə765/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   761   762   763   764   765   766   767   768   ...   1820
Yalnız dövlət qeydiyyatına alındıqdan sonra xarici hüquqi şəxsin Azərbaycan Respublikasının ərazi-

sində yaratdıqları xüsusi (ayrıca) bölməsi nümayəndəlik statusu əldə edir. Dövlət qeydiyyatı orqanında aparı-

lan dövlət reyestrinə daxil edildiyi andan nümayəndəlik yaradılmış hesab edilir. Nümayəndəliyin dövlət qeydiy-

yatına alınması qaydası və təşkilati-hüquqi əsasları xüsusi qanunla müəyyən edilir. Nümayəndəliyə dövlət qey-

diyyatı orqanı tərəfindən dövlət qeydiyyatı haqqında şəhadətnamə verilir. Bu xarici hüquqi şəxsin nümayəndəli-

yinin dövlət qeydiyyatına alınmasını təsdiq edən sənəddir; dövlət reyestrinə daxil edilmə isə başqa sənədlə – 

dövlət reyestrindən zıxarışla təsdiqlənir. O ki qaldı, AR-da dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin nüma-

yəndəliyinə, qeyd etməliyik ki, o, dövlət reyestrinə daxil edilməlidir; onun dövlət qeydiyyatına alınması tələb 

olunmur. Buna görə də belə nümayəndəliyə dövlət qeydiyyatı haqqında şəhadətnamə verilmir.  

Nümayəndəliyin fəaliyyət göstərməsi üçün onun kifayət qədər əmlak bazası olmalıdır. Bu baza hüquqi şəx-

sin verdiyi əmlak hesabına yaradılır. Həmin əmlakın mülkiyyətçisi nümayəndəlik yox, hüquqi şəxs hesab edilir. 

Ona görə də nümayəndəliyin fəaliyyəti ilə bağ olaraq yaranan öhdəliklər (borclar) üçün nümayəndəlik yox, 

hüquqi şəxsin özü məsuliyyət daşıyır.  




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   761   762   763   764   765   766   767   768   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin