3. Idarə
Idarə dedikdə, hüquqi şəxsin yaratdığı elə bir təşkilat başa düşülür ki, bu təşkilatın əsas fəaliyyət
predmeti idarəetmə, sosial-mədəni və ya digər qeyri-kommersiya xarakterli funksiyaları həyata keçir-
məkdən ibarətdir (MM-in 54-cü maddəsinin 1-ci bəndi). Onun hüquqi statusu MM-in 54-cü maddəsi ilə mü-
ə
yyən edilir.
Idarə konstruksiyasını sovet hüquq sistemi yaratmışdı. Köhnə 1964-cü il MM-in 88-1-ci maddəsi, habelə
qüvvədən düşmüş «Azərbaycan Respublikasında mülkiyyət haqqında» qanunun 12-ci maddəsi bu konstruksiya-
nı nəzərdə tuturdu. Həmin konstruksiyaya görə, dövlət və ya bələdiyyə mülkiyyətində olan əmlak mülkiyyətçi
tərəfindən (yəni dövlət və ya bələdiyyələr tərəfindən) dövlət və ya bələdiyyə büdcəsindəki idarəyə təhkim edi-
lirdi və o, həmin idarənin operativ idarəsində olurdu. Idarələr qanunla müəyyən edilmiş hədlərdə, öz fəaliyyət
məqsədlərinə, plan və mülkiyyətçinin tapşırıqlarına və əmlakın təyinatına uyüun olaraq sahiblik, ondan istifadə və
onun barəsində sərəncam vermək hüququnu həyata keçirirdi və mülkiyyətzinin (təsisçinin) vəsaiti ilə maliyyələş-
dirilirdi. Onların təhkim olunmuş əmlak özərində mülkiyyət hüququ yaranmırdı. Mülkiyyətçi əmlakı idarədən geri
götürə bilərdi. Bu hal isə idarələrin mülki (əmlak) dövriyyədə, müxtəlif mülki hüquq münasibətlərində müstəqil
surətdə iştirakını xeyli dərəcədə məhdudlaşdırırdı. Onlar hüquqi şəxs statusuna malik idi.
Idarə konstruksiyası əvvəlki iqtisadi sistemə uyüun olaraq yaranmışdı. Bazar iqtisadiyyatı yolu ilə inkişaf
dövründə o, öz əhəmiyyətini və rolunu itirir. Ona görə ki, bazar iqtisadiyyatı şəraitində əmtəə və əmlak xarak-
terli mülki dövriyyədə yalnız özünün şəxsi (xüsusi) əmlakı olan müstəqil, qeyri-asılı subyektlər (əmtəə sahib-
karları) iştirak edə bilərlər. Bu baxımdan idarə konstruksiyası inkişaf etmiş əmtəə dövriyyəsi üçün, bazar müna-
sibətləri üçün xarakterik deyil və yaramır. Bunu nəzərə alaraq bizim ölkə qanunvericiliyi idarələrin hüquqi təbi-
ə
tini və xarakterini dəyişmişdir.
Hər şeydən əvvəl, idarələrin hüquqi şəxs statusu yoxdur. Müvcud mülki qanunvericiliyə görə, idarə hüquqi
şə
xs deyildir (MM-in 54-cü maddəsinin 2-ci bəndi). Bu, o deməkdir ki, idarələr müstəqil olaraq subyekt rolun-
da mülki hüquq münasibətlərində çıxış edə bilməz.
Idarələr həm ümumi (hakimiyyət) hüquq özrə, həm də xüsusi (qeyri-hakimiyyət) hüquq özrə hüquqi şəxslər
tərəfindən yaradıla bilər. Ümumi (hakimiyyət) hüquq özrə hüquqi şəxslər dövlət hakimiyyət aktı əsasında yara-
dılır və hakimiyyət səlahiyyətlərinə malik olur. Bu növ hüquqi şəxslərə dövlət və bələdiyyə qurumları (hüquqi
şə
xsləri) daxildir. Həmin qurumların yaratdıqları idarələrə dövlət və bələdiyyə hakimiyyət və idarəçilik orqan-
244
larını (hüquq-mühafizə orqanlarını, yəni məhkəmələri, prokurorluqları, daxili işlər sistemindəki idarələri və s.),
tibb-səhiyyə idarələrini (məsələn, xəstəxanaları, poliklinikaları və s.), maarif idarələrini (orta məktəbləri), ali
təhsil idarələrini (dövlət institutlarını, universitetlərini və s.), mədəniyyət idarələrini (muzeyləri, rəsm qalereya-
larını, kitabxanaları və s.), elmi idarələri (məsələn, elmi tədqiqat institutlarını və s.), idman idarələrini və s. şa-
mil etmək olar.
Ümumi (hakimiyyət) hüquq özrə hüquqi şəxslərin yaratdıqları idarələr ümumi (hakimiyyət) idarələr adla-
nır. Bunların iki növü fərqləndirilir: dövlət idarələri; bələdiyyə idarələri. Dövlət hüquqi şəxslərinin yaratdıqları
qurumlar dövlət idarələri adlanır. Əgər müvafiq idarə bələdiyyə hüquqi şəxsləri tərəfindən təsis edilərsə, buna
Dostları ilə paylaş: |