Qanuni əsaslar dedikdə, qanunda nəzərdə tutulan faktiki tərkib başa düşülür. Onlara aiddir: tapıntı; əldə et-
mə müddəti; dəfinə; emal və s.
Mülki-hüquqi əqdlər dedikdə, mülkiyyət hüququnun əmələ gəlməsinə əsas olan mülki-hüquqi müqavilələr,
birtərəfli əqdlər başa düşülür. Söhbət alqı-satqı, dəyişmə, renta və digər müqavilələrdən, habelə vəsiyyətdən ge-
dir. Yeri gəlmişkən, qeyd edək ki, Almaniya sivilistika doktrinası mülkiyyət hüququnun əmələ gəlməsinin
məhz belə əsasını nəzərdə tutur.
2. Mülkiyyət hüququnun əmələ gəlmə üsulları
Sivilistika elmi, xarici ölkələrin hüquq doktrinası və məhkəmə praktikası mülkiyyət hüququnun əmələ gəl-
məsinin iki üsulunu müəyyən edir: ilkin üsul; törəmə üsul. Dünyanın bir çox ölkələrinin (məsələn, Majarıs-
tanın, Çexiyanın və s.) mülki hüquq elmi mülkiyyət hüququnun əldə edilməsinin törəmə və ilkin üsulu kimi iki
üsulunu nəzərdə tutur. Hələ Roma mülki hüququ əmlaka mülkiyyət hüququnun əldə edilməsinin ilkin və törəmə
üsulu kimi iki növünü fərqləndirirdi. Bu hüquq əsas üsulu oricinal üsul, törəmə üsulu isə derivat (latınja
«derivatus» — ayrılmış) üsul adlandırırdı.
Mülkiyyət hüququnun ilkin və törəmə üsulu kimi iki üsulla əmələ gəlməsi qüvvədə olan mülki qanunverici-
likdə birbaşa nəzərdə tutulmamışdır. Lakin buna baxmayaraq, mülki qanunvericiliyi doktrinal (elmi) təfsir et-
məklə bu üsulları fərqləndirmək və ayırmaq olar. Həmin üsulları mülki qanunvericilik yox, məhz sivilistika
doktrinası fərqləndirir.
Hüquq ədəbiyyatında mülkiyyət hüququnun əmələ gəlməsinin ilkin və törəmə üsulu kimi iki üsulunun fərq-
ləndirilməsində iki meyar əsas götürülür: iradə meyarı; hüquqi varislik meyarı. radə meyarının (iradə kon-
sepsiyasının) tərəfdarlarına görə, ilkin üsullar odur ki, bu üsullarla mülkiyyət hüququ iradədən asılı olmadan
ə
mələ gəlir. Buna görə də onlar milliləşdirməni (əvvəllər şəxslərə məxsus olan əmlakın dövlət mülkiyyətinə
268
alınmasını) mülkiyyətin əmələ gəlməsinin ilkin üsuluna aid edirlər. Belə halda mülkiyyət hüququ əmlakın əv-
vəlki mülkiyyətçilərinin iradəsi olmadan əldə edilir. Törəmə üsullar isə odur ki, bu üsullarla mülkiyyət hüququ
ə
mlakın əvvəlki mülkiyyətçisinin iradəsi əsasında əldə edilir. radə meyarının əsas tərəfdarı sovet dövrünün ali-
mi O.S. offedir. Onun fikrinjə, ilkin üsul üçün mülkiyyət hüququnun ya birinci dəfə, ya da əmlakın əvvəlki
mülkiyyətçisinin iradəsindən asılı olmadan əmələ gəlməsi, törəmə üsul üçün isə mülkiyyət hüququnun yalnız
ə
mlakı özgəninkiləşdirən şəxsin iradəsi əsasında əldə edilməsi xarakterikdir.
Dostları ilə paylaş: |