«Ani müddət» qaydasının mahiyyəti ondan ibarətdir ki, daşınar əşyanı vijdanlı əldə edən şəxs əldə etdiyi
anda ona dərhal mülkiyyət hüququ qazanır. Özü də əşyanı özgəninkiləşdirən şəxsin onun mülkiyyətçisi olub-ol-
mamasının məsələyə dəxli yoxdur. Bu, onu ifadə edir ki, daşınar əşyanı vijdanlı əldə edən şəxs həmin əşyanı
özgəninkiləşdirən şəxsin bu əşyanın mülkiyyətçisi olmasından asılı olmayaraq, əldə etdiyi anda mülkiyyət hü-
ququ qazanır. Bunun üçün hər hansı vaxt müddətinin ötməsi tələb edilmir. Əsas və başlıja şərt daşınar əşyanı
ə
ldə edən şəxsin vijdanlı olmasından ibarətdir.
Vijdanlı əldə edən odur ki, o, əşyanı özgəninkiləşdirən şəxsin mülkiyyətçi olmadığını bilmir və ya bilməyə
borclu deyil. Məsələn, vətəndaş (mülkiyyətçi) televizoru öz qonşusuna əvəzsiz istifadəyə verir. Qonşu ixtiyarı ol-
maya-olmaya həmin televizoru üçüncü şəxsə satır. Amma üçüncü şəxs bilmir ki, qonşu satılan əşyanın mülkiyyət-
çisi deyildir. Buna görə də o, vijdanlı əldə edəndir. Məhz bu səbəbdən üçüncü şəxs televizoru əldə etdiyi anda dər-
hal ona mülkiyyət hüququ əldə edir. Yapon sivilistika doktrinasında göstərilir ki, belə halda vijdanlı əldə edən on il
(daşınmaz əşyalar üçün müəyyən edilən əldə etmə müddəti) gözləməli deyil. O, dərhal və təxirə salınmadan mül-
kiyyətçi olur. Bu, onunla izah edilir ki, Yaponiya MM-inin 192-ci maddəsi ani müddəti nəzərdə tutur. Beləliklə,
üçüncü şəxs (vijdanlı əldə edən) ani müddət əsasında mülkiyyət hüququ əldə edir. Mülkiyyətçi televizorun qaytarıl-
masını ondan tələb edə bilməz. Bu qaydanın tarixi kökü alman adət hüquq norması ilə bağlıdır. Bu norma isə Roma
hüququnun müəyyən etdiyi prinsipə uyğun gəlmir. Belə ki, həmin prinsipə görə, vijdanlı əldə edənin yox, əşyanın
həqiqi mülkiyyətçisinin hüququ müdafiə olunurdu; yəni əşya mülkiyyətçiyə qaytarılmalı idi.
283
Dörd halda şəxs vijdanlı əldə edən hesab edilmir: birincisi, əgər əşyanı onun mülkiyyətçisi itirmiş sə; ikinci-
si, əşya ondan oğurlanmışsa; üçüncüsü, iradəsinin ziddinə olaraq, başqa şəkildə əşya onun sahibliyindən
Dostları ilə paylaş: |