Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə95/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   91   92   93   94   95   96   97   98   ...   1820
Məhkəmənin yeni hüquq norması yaratmaüa ixtiyarı çatmır. Ona görə də onun qəbul etdiyi qərarlar mülki 

hüququn mənbəyi rolunda çıxış edə bilməz. Ali Məhkəmə konkret işlər özrə məhkəmə təcrübəsini öyrənir və 

onları ümumiləşdirərək qərarlar qəbul edir. Əgər qüvvədə olan qanunvericiliyə əlavələr və dəyişikliklər edilmə-

si qənaətinə gələrsə, onda o, qanunvericilik təşəbbüsü hüququndan istifadə edərək təqdimatla Milli Məclisə mü-

raciət edir (Konstitusiyanın 96-cı maddəsi).  



§ 4. Mülki qanunvericiliyin hüquqi qüvvəsi 

1. Mülki qanunvericiliyin qüvvəsi anlayışı və əhəmiyyəti  

Həyatda elə hallarla rastlaşırıq ki, mülki qanunvericilik aktlarının tətbiqi zamanı müxtəlif hüquqi qüvvəyə 

malik olan normativ aktlar arasında kolliziya (ziddiyyət) əmələ gəlir. Bu cür kolliziya (ziddiyyət) eyni qüvvəyə 

malik olan normativ aktlar arasında da yarana bilər. Normativ aktlar vaxtaşırı olaraq müntəzəm surətdə təzələ-

nir,  yeni  mülki  hüquq  normaları  əmələ  gəlir,  köhnə  normalar  qüvvədən  düşür.  Göstərilən  halda  belə  bir  sual 

meydana çıxır: müvafiq münasibətə hansı normativ akt tətbiq edilməlidir? Mülki qanunvericilik aktları nə vaxt 

qüvvəyə minir və nə vaxt qüvvədən düşür? Bundan əlavə, mülki hüququn predmetinə daxil olan ictimai müna-

sibətlər özlərinin yüksək dinamizmi ilə fərqlənir. Bu, o deməkdir ki, mülki hüquqla tənzimlənən ictimai müna-

sibətlər durmadan inkişaf edir. Xüsusən ictimai-iqtisadi dəyişikliklər dövründə və şəraitində mülki hüquqla rəs-

miləşdirilən və nizama salınan əmlak və şəxsi qeyri-əmlak münasibətlərinin yeni növləri əmələ gəlir. Bu müna-

sibətlər  öz  əlamətinə  görə  mülki  hüququn  predmetinə  daxil  edilir.  Bu  cür  halda  belə  bir  sual  yaranır:  mülki 

qanunvericilik aktları nə vaxtdan həmin münasibətlərə şamil edilir? Bu aktlar hansı mülki münasibətlərə tətbiq 

olunur? Həmin aktlar sonradan əmələ gəlmiş münasibətlərə tətbiq edilirmi? Daha sonra, mülki qanunvericilik 

aktlarının Azərbaycan Respublikasının bütün ərazisindəmi və ya hər hansı inzibati-ərazi vahidinin ərazisindəmi 

qüvvədə olmasını, habelə bu aktların Azərbaycan Respublikasının bütün vətəndaşlarınamı, əcnəbilərəmi və ya-

xud hüquqi şəxslərəmi və s. şamil edilməsini müəyyənləşdirmək vacib əhəmiyyətə malik olur.  

Göstərilən bu və ya digər suallara cavab vermək üçün zaman (vaxt), məkan (ərazi), predmet və şəxslər (sub-

yektlər) kimi amillər baxımından qanunvericilik aktlarının hüquqi qüvvəsinin hədlərini dəqiq olaraq müəyyən 

etmək zərurəti yaranır. Bu, mülki hüquq normalarının dözgün tətbiqi və həyata keçirilməsi üçün olduqca vacib-

dir. Normativ aktların hüquqi qüvvəsinin hüquqi praktika üçün birbaşa əhəmiyyəti vardır.  




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin