sızjasına maneçilik törətməmək vəzifəsi qoyur. Əgər o, bu vəzifəni yerinə yetirməzsə, şərt baş vermiş sayılır
(MM-in 328-ci maddəsinin 9-cu bəndi).
Qanunvericilik şərtin baş verməsi onun üçün sərfəli olan tərəf üzərinə də vəzifə qoyur. Bu vəzifəyə görə, hə-
min tərəf şərtin baş verməsinə vijdansızjasına kömək göstərməməlidir. Əgər o, həmin vəzifəni yerinə yetir-
məzsə, şərt baş verməmiş sayılır (MM-in 328-ci maddəsinin 10-cu bəndi). Göstərilən hər iki qayda Almaniya
Mülki Qanunnaməsinin 162-ci paraqrafında da nəzərdə tutulur.
8. Əqdin digər növləri
Sahibkarlıq əqdi (müqaviləsi) mülki-hüquqi əqdlərin bir növü hesab edilir. Bu anlayış bazar iqtisadiyyatı
dövrünə kimi istifadə olunan «təsərrüfat müqaviləsi» anlayışının əvəzinə işlədilir. Sovet hüquq elmi təsərrüfat
müqaviləsinə sosialist müəssisələri arasında yaranan qarşılıqlı təsərrüfat münasibətlərinin hüquqi forması kimi
baxırdı. Bu müqavilənin plan xarakterli olması onun əsas xüsusiyyətini təşkil edirdi. Onlar, bir qayda olaraq,
plan aktı əsasında bağlanırdı. Plan aktı isə müqavilə bağlayan tərəflərdən, heç olmazsa, biri üçün məjburi xarak-
ter daşıyırdı. Bundan əlavə, müqavilənin əmtəə xarakterli olması və spesifik subyekt tərkibi (sosialist təşkilatla-
rı) kimi meyarlar da təsərrüfat müqaviləsinin əsas əlamətləri hesab edilirdi.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi «sahibkarlıq əqdi (müqaviləsi)» kimi termin işlətmir və həmin
ə
qd növünə leqal anlayış vermir. Burada yalnız «sahibkarlıq fəaliyyəti sahəsində müqavilələr» termini işlədilir
(MM-in 361-ci maddəsi). Buna görə də mülki hüquq elminin (sivilistika doktrinasının) əsas vəzifələrindən biri
sahibkarlıq əqdinə elmi (doktrinal) tərif verməkdən ibarətdir.
Sahibkarlıq əqdi, əsasən, üç hüquqi əlamətlə xarakterizə olunur. Bu əqd, birincisi, spesifik subyekt tərkibi-
nə malik olan əqddir. Belə ki, bu əqdi bağlayan tərəflərdən, heç olmazsa biri, sahibkar statuslu şəxs olmalıdır.
Söhbət o şəxslərdən gedir ki, onlar əmlak (sahibkarlıq) dövriyyəsinin professional (peşəkar) iştirakçıları olsun-
lar. Professional iştirakçı rolunda kommersiya təşkilatları və fərdi sahibkarlar (sahibkar statuslu fiziki şəxslər)
çıxış edirlər.
Dostları ilə paylaş: |