kincisi, əqdin məzmununun qanuni olması həm də əqd bağlayan şəxsin buna səlahiyyəti olmasında ifadə
edilir. Əgər əqd, onu bağlamağa səlahiyyəti çatan şəxs tərəfindən bağlanmışdırsa, o, qanuni əqd hesab edilir.
Məsələn, mülkiyyətçilərdən biri paylı mülkiyyətdə olan əşyaya sərənjam verilməsi barədə əqd (məsələn, bağış-
lama, alqı-satqı və s. müqavilələr) bağlayır. Təkbaşına bu cür əqdləri bağlamağa onun səlahiyyəti çatmır. Belə
ki, həmin əqdlər bütün mülkiyyətçilərin razılığı ilə bağlanmalıdır (MM-in 215-ci maddəsinin 5-ci bəndi). Başqa
misalda arvad ərin razılığı olmadan onların ümumi əmlakı üzərində sərənjam əqdi bağlayır. Bu əqd hüquqi
nəticə doğurmur və etibarsız hesab edilir. Ona görə ki, arvadın ərin razılığı olmadan bu cür əqdləri bağlamağa
ixtiyarı çatmır. Qanun müəyyən edir ki, ər-arvadın ümumi əmlakı üzərində sərənjam hüququ onların qarşılıqlı
razılığı əsasında həyata keçirilir.
Dostları ilə paylaş: |