3. Qismən etibarsız əqdlər
Mülki dövriyyədə sabitliyi və möhkəmliyi təmin etmək məqsədilə mülki qanunvericilik qayda müəyyən edir
( MM-in 352-ci maddəsi). Bu qaydaya görə, əqdin bir hissəsinin etibarsızlığı onun qalan hissələrinin etibar-
sızlığına səbəb olmur. Bu cür əqdlərə qismən etibarsız əqdlər deyilir. Məsələn, ahıl yaşında olan kimsəsiz bir
şə
xs öz minik avtomobilini qonşuya, bağ evini o birisi qonşuya, yaşayış evini isə üçüncü qonşuya vəsiyyət edir.
Qonşulardan biri (hansı ki, bağ evi ona vəsiyyət olunmuşdur) vərəsəliyə çağırılmasını tezləşdirmək məqsədilə
qojanın yeməyinə zəhər qataraq onu öldürür. Belə halda vəsiyyətin həmin şəxsə aid olan hissəsi etibarsız hesab
edilir. Ona görə ki, qanuna görə qojanı öldürən şəxs ləyaqətsiz vərəsə kimi nə qanun üzrə, nə də vəsiyyət üzrə
vərəsə ola bilməz (MM-in 1157-ci maddəsi). Lakin vəsiyyətin etibarsız hissəsi onun o birisi qonşulara aid olan
hissəsinin etibarsızlığına səbəb olmur. Göstərilən hər iki halda əqd qismən etibarsız hesab edilir.
Ə
qdin qismən etibarsız sayılması üçün bir neçə şərtə əməl edilməsi tələb olunur. Birincisi, əqdin onun eti-
barsız hissəsi daxil edilmədən də bağlanmasının mümkünlüyü güman edilməlidir, yəni əqdin onun etibarsız
Dostları ilə paylaş: |