andan maddi mənada iddia hüququ əmələ gəlir. Prosessual mənada iddia hüququ, yəni iddia ilə məhkəməyə
müraciət etmək imkanı isə hər hansı vaxtla (anla) məhdudlaşdırılmadan həmişə saxlanılır və mövcud olur.
Beləliklə, qanun maddi mənada iddianın əmələ gəlmə əsasına subyektiv xarakter verərək, bu əsası subyektiv
anla bağlayır. Bu an şəxsin öz subyektiv hüququnun pozulmasını bilməsi, qavraması və dərk etməsi günüdür.
Adətən, şəxs öz hüququnun pozulmasını elə həmin gün də bilir və bundan xəbər tutur. Məsələn, hər hansı fiziki
xs müəyyən vətəndaşın hüququnu sentyabr ayının 10-da pozur. Vətəndaş elə həmin gündə, yəni sentyabr ayı-
372
Bəzi hallarda isə şəxsin öz hüququnun pozulması faktı ona elə həmin gün yox, xeyli müddət keçdikdən sonra
məlum olur. Öz hüququnun pozulmasını bilmədən, əlbəttə, şəxs onun müdafiə edilməsi üçün tədbirlər görə bil-
məz. Məsələn, ev sahibi onun yaşadığı evdən müxtəlif əşyaların oğurlanmasını (sentyabrın 4-də) yalnız məzu-
niyyətdən qayıtdıqdan sonra (sentyabrın 30-da) bilir. ddia müddətinin axımı oğurluğun baş verdiyi gündən
(sentyabrın 4-dən) yox, məhz bu gündən (sentyabrın 30-dan) başlayır. Bu cür hallarda isə obyektiv anla subyek-
tiv an üst-üstə düşmür.
Bəzən şəxs diqqətsizliyə, səhlənkarlığa, biganəliyə, təsərrüfatsızlığa və digər səbəblərə görə öz hüququnun
pozulmasından xəbəri olmur. Belə halda iddia müddətinin axımı hüququn pozulduğu gündən yox, şəxsin öz hü-
ququnun pozulmasını bilməli olduğu gündən başlayır.
Amma iddia müddətinin hesablanması qaydası imperativ xarakter daşımır. Belə ki, tərəflər müqavilədə iddia
müddətinin hesablanması qaydası haqqında başqa hal, yəni qanunda müəyyənləşdiriləndən fərqli qayda nəzərdə
tuta bilərlər (MM-in 374-cü maddəsinin 1-ci bəndi). Məsələn, müqavilədə tərəflər müəyyənləşdirə bilərlər ki,
iddia müddətinin axımı şəxsin subyektiv mülki hüququnun pozulduğu gündən hesablansın və s. Əgər müqavilə-
də başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin hesablanma qaydası Mülki Məcəllə ilə müəyyənləşdirilir
(MM-in 374-cü maddəsinin 1-ci bəndi). Yeri gəlmişkən, 24 iyun 2005-ci il tarixli qanunla MM-ə dəyişikliklər
və əlavələr edilməsinə kimi iddia müddətinin hesablanma qaydası haqqında norma imperativ xarakter daşıyırdı.
Xarici ölkələrin müasir qanunvericiliyi həm operativ halı (tələbin əmələ gəlmə anını), həm də subyektiv halı
(subyektin öz hüququnun pozulduğunu bilməsini) nəzərə alır. Kontinental hüquq sisteminə aid edilən ölkələrin
qanunvericiliyinə görə, kreditorun tələbinin yarandığı andan ümumi iddia müddətinin axımı başlanır. ABŞ Va-
hid Ticarət Məcəlləsində (2-725-ci maddə) göstərilir ki, alqı-satqı müqaviləsinin pozulduğu andan iddia müddə-
ti hesablanır; zərərçəkən tərəfin pozuntu halını bilib-bilməməsinin məsələyə dəxli yoxdur.
Qanunun iddia müddətinin axımının başlanğıcını subyektiv anla əlaqələndirməsi mülki hüquqların müda-
Dostları ilə paylaş: