vəzifənin həcminə görə iki növə ayrılır: paylı (hissə-hissə) öhdəliklər; birgə öhdəliklər.
Paylı (hissə-hissə) öhdəliklər odur ki, bu öhdəliklərdə kreditorlardan hər biri öhdəliyin icrasını öz payları
(hissələri) həcmində tələb edir və yaxud borclu şəxslərdən hər biri öhdəliyi öz payları həcmində icra edir. Bu
cür öhdəliklərdə borclulardan hər biri özü üçün, yalnız öz payına görə javabdehdir. Hər bir kreditor isə ona
məxsus olan müəyyən pay (hissə) həcmində öhdəliyin icrasını tələb edə bilər. Özü də öz payı həcmində öhdəli-
yi icra edən borclu üçün öhdəlik xitam edilir, qalan borclular üçün isə öhdəlik ləğv edilmir, öz qüvvəsini saxla-
yır.
Qeyd etmək lazımdır ki, vərəsəlik işlərində paylı öhdəliklərin praktiki əhəmiyyəti daha çoxdur. Belə ki, mi-
ras qoyan öldükdən sonra miras əmlak (miras aktivi və miras passivi) vərəsələr arasında bölüşdürülən zaman
paylı öhdəliklər haqqında normalar vacib rol oynayır.
Paylı öhdəliklərin tərəfləri təmin edənlərin sayına görə üç növü fərqləndirilir: passiv çoxluq; fəal çoxluq; qa-
rışıq çoxluq. Passiv paylı çoxluqda borclulardan hər biri öz payı (hissəsi) həcmində öhdəliyi icra edir, yəni
kreditorun xeyrinə hərəkət edir. Məsələn, məhkəmə zərəri birlikdə vurmuş şəxslərin üzərinə zərərin əvəzini
ödəmək vəzifəsini paylarla (hissələrlə) qoya bilər (MM-in 1113-cü maddəsinin 2-ji bəndi).
Dostları ilə paylaş: |