lkin müqavilələr odur ki, bu müqavilələr gələjəkdə əsas müqavilə bağlanması barədə tərəflərin razılığını
ifadə edir. Əsas müqavilələrə nisbətdə bu cür müqavilələrin xüsusi çəkisi olduqca azdır. lkin müqavilələrə gö-
rə, tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin
göstərilməsi barədə gələjəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər (MM-in 402-ji mad-
dəsinin 1-ji bəndi). Məsələn, tərəflər gələjəkdə minik avtomobilinin satışı haqqında müqavilə (əsas müqavilə)
bağlayırlar. Başqa bir misalda kənd sakini ilə kəndli (fermer) təsərrüfatının başçısı arasında gələjəkdə torpaq sa-
həsinin icarəyə verilməsi barədə müqavilə (əsas müqavilə) bağlanır. Deməli, ilkin müqavilənin bvşlıca mahiy-
yəti tərəflərin gələjəkdə əsas müqavilə bağlamaq barədə razılığa gəlmələrindən ibarətdir.
Tərəflər ilkin müqaviləni elə qayda və məzmunda bağlamalıdırlar ki, bu, əsas müqavilənin predmetini, habe-
lə onun digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtləri nəzərdə tuta bilsin. Əgər ilkin müqavi-
lə bu xüsusiyyətdən məhrum olarsa, o, hüquqi əhəmiyyət kəsb etmir və etibarsız hesab olunur. Yuxarıda çəkdi-
yimiz misallarda gələjəkdə bağlanan əsas müqavilənin predmetini təşkil edən minik avtomobili və ya icarəyə
verilən torpaq sahələri, onların kəmiyyət və keyfiyyət xarakteristikası hökmən ilkin müqavilədə göstərilməlidir.
lkin müqavilənin müddətini qanun xüsusi olaraq tənzimləyir (MM-in 402-ji maddəsinin 4-cü bəndi). lkin
Dostları ilə paylaş: |