3. Alqı-satqı müqaviləsinin növləri
Yeni MM alqı-satqını cinsi (növ) əlamətlərə malik olan ümumiləşdirilmiş anlayış kimi işlədir. Bu o demək-
dir ki, alqı-satqı müqaviləsi müxtəlif növlər kimi ona daxil edilən müəyyən müqavilələr üçün ümumi əlamətlərə
və xüsusiyyətlərə malikdir. Bu ümumi əlamət ondan ibarətdir ki, alqı-satqının bütün müxtəlif növləri əmlakın
mülkiyyətə (başqa əşya hüququna) verilməsini şərtləndirən, satıcı və alıcı arasında əmələ gələn öhdəlik
hüquq münasibətlərinin yaranması üçün əsas rolunu oynayır. Alqı-satqı anlayışı ilə haqq əsasında əvəzli
olaraq əmlakın özgəninkiləşdirilməsi üzrə əmələ gələn bütün öhdəlik növləri əhatə olunur. Alqı-satqının ayrı-
ayrı növləri üçün ümumi əlamət odur ki, bu müqaviləyə görə satıcı əmlakı alıcının mülkiyyətinə verməyi,
alıcı isə əmlakı qəbul edib əvəzində müəyyən pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
Sovet qanunvericiliyinə görə müstəqil müqavilə kimi tanınan bir çox hüquqi konstruksiyalar yeni MM tərə-
findən alqı-satqı müqaviləsinin növləri kimi qəbul edilir. Azərbayjanın Çar Rusiyasının tərkibində olduğu vaxt-
larda XX əsrin əvvəllərində mülkiyyət hüququnun əvəzli olaraq keçməsi barədə üç müstəqil müqavilə növü
fərqləndirilirdi: alqı-satqı müqaviləsi; tədarük müqaviləsi; əşyanın ― hazır olmayan gələcək əşyanın qabaqja-
dan satış müqaviləsi.
1922-ci il MM-i yalnız alqı-satqı müqaviləsini nəzərdə tutmuşdu. Cəmiyyətdəki iqtisadi əsasların dəyişməsi,
iqtisadiyyatın planlı-inzibati metodlarla tənzim edilməsi XX əsrin 40-50-ci illərində alqı-satqı müqaviləsindən bir
neçə müstəqil mal satqı müqaviləsinin ayrılmasını şərtləndirdi. Tədarük müqaviləsi bu müqavilələr içərisində xü-
susi yer tuturdu. Keçmiş sovet müttəfiq respublikalarının mülki məjəllələrində, o cümlədən Azərbayjan Respubli-
kasının 1964-cü il MM-də bu müqavilə növünün qaydaya salınmasına ayrıca fəsil həsr edilmişdi.
O dövrün sovet hüquq ədəbiyyatında tədarük müqaviləsinin müstəqil xarakterə malik olması və onun alqı-
satqı müqaviləsindən köklü surətdə fərqlənməsi ətraflı surətdə əsaslandırılırdı. Tədarük müqaviləsinin məzmu-
nunun və hüquqi xarakterinin müəyyən edilməsinə hüquq ədəbiyyatında xüsusi olaraq kifayət qədər geniş yer
verilmişdi. Sovet mülki qanunvericiliyinə görə iki təşkilat arasında bağlanan tədarük müqaviləsi onların hər iki-
si üçün məcburi olan məhsul bölgüsünə dair plan aktı ilə müəyyən edilirdi. Hüquq ədəbiyyatında tədarük mü-
Dostları ilə paylaş: |