Məntiqi təfsir üsulu odur ki, bu üsul formal məntiqin qaydalarından istifadə etməklə hüquq normasının mə-
nasına aydınlıq gətirilməsini nəzərdə tutur. Burada normativ aktın müəyyənləşdirdiyi müddəalar məntiq qayda-
ları baxımından tədqiq olunur, sözdə ifadəsini tapan anlayışlar, hadisələr təhlil edilir. MM-in 29-cu maddəsinin
2-ci bəndində göstərilir ki, 7 yaşından 14 yaşınadək olan şəxslərin xırda məişət əqdlərini və s. bağlamaq ixtiyarı
vardır.Məntiq qaydalarına görə burada şəxs anlayışı ilə «hüquqi şəxslər» yox, yalnız «fiziki şəxslər» əhatə olu-
na bilər. Ona görə ki, ancaq fiziki şəxsin yaşı ola bilər. Hüquqi şəxs isə yaşa malik ola bilməz. Başqa bir misal.
MM-in 1108-ci maddəsi nəqliyyat vasitələrindən istifadə edilməsini ətrafdakılar üçün yüksək təhlükə yaradan
fəaliyyət kimi nəzərdə tutur. Məntiqi qaydaya görə təkcə yük və minik avtomobili və s. yox, habelə velosiped
də, at-araba nəqliyyatı da bu cür fəaliyyətə misal ola bilər.
Dostları ilə paylaş: |