Üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı satıcı alıcıya sata bilməz. Lakin qanun bu qaydadan
müəyyən istisnaya yol verir. Belə ki, alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə ra-
zılıq verdiyi halda, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad olmayan əşya verə bilər (MM-in 572.1-ci
maddəsi). Belə təsəvvür yaranır ki, alıcının razılığı yüklü olan əşyanın satıcı tərəfindən ona verilməsinin
məcburi tələbi və şərtidir.
Satıcının üçüncü şəxslərin hüquqlarından azad şəkildə əşya verməsi onu ifadə edir ki, satıcı alqı-satqı müqa-
viləsi üzrə alıcının mülkiyyətinə verdiyi satılan əşya üzərində titul sahibliyinə (yəni hüquqi əsası olan, qanu-
Dostları ilə paylaş: |