Standart (ingilisjə «standaro» - norma, nümunə, ölçü) geniş mənada digər obyektlərlə müqayisə üçün əsas
kimi qəbul edilmiş nümunə, etalon və modeldir. Məhdud mənada standart dedikdə kütləvi istifadə üçün nə-
zərdə tutulmuş məhsulların keyfiyyətinə və təhlükəsizliyinə dair tələbləri müəyyənləşdirən normativ sənəd başa
düşülür. Məhsulun (malın) keyfiyyətinə qoyulan müəyyən tələbləri və normaları əhatə edən standartlaşdırma
məhsulun (malın) keyfiyyətini idarə edən formadır.
Bəzi hallarda satılan malın keyfiyyətinin standart əsasında müəyyən edilməsi məcburi xarakter daşıyır.
Belə halda tərəflərin malın keyfiyyət şərtlərini müstəqil surətdə təyin etmək imkanları məhdudlaşdırılır. Satılan
əş
yanın keyfiyyəti barəsində məcburi tələblərin müəyyən edilməsi insanın həyatı, sağlamlığı, əmlakı və ətraf
mühitin təhlükəsizliyini, təsərrüfat dövriyyəsi sferasında ijtimai mənafeyin təmin edilməsi, habelə istehlakçıla-
rın hüquqlarının müdafiəsi mülahizələri ilə şərtlənə bilər. Məsələn, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı
alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur (MM-in 581.4-cü maddəsi). Bu cür
məcburi tələblər müxtəlif standartlarda ifadə olunur ki, «Standartlaşdırma haqqında» AR Qanununun 5-ci mad-
dəsi bu standartların müxtəlif növlərini müəyyən edir:
●
dövlət standartları;
●
sahə standartları;
●
beynəlxalq, regional (hövzə) və dövlətlərarası standartlar;
●
müəssisə standartları;
●
elmi-texniki və mühəndis cəmiyyətlərinin və digər ijtimai birliklərin standartları.
Dostları ilə paylaş: |