dətdə aşkar etdikdə irəli sürür. Bu müddət iki ildən çox ola bilməz. ki il müddəti isə əşyanın alıcıya veril-
diyi gündən hesablanır. Alqı-satqı müqaviləsi ilə daha uzun müddətin müəyyənləşdirilməsi nəzərdə tutula bi-
lər. Daşınmalı və ya poçtla göndərilməli əşyanın qüsurlarının aşkar edilməsi müddəti əşyanın təyinat yerinə çat-
dırıldığı gündən hesablanır (MM-in 589.2-ci maddəsi).
Əş
ya üçün qarantiya müddəti və ya yararlılıq müddəti müəyyənləşdirildiyi halda, alıcı əşyanın qüsurları ilə
bağlı tələbləri həmin qüsurları qarantiya müddəti və ya yararlılıq müddəti ərzində aşkara çıxardıqda
irəli sürə bilər. Qarantiya müddəti və ya yararlılıq müddəti keçəndən sonra alıcının pretenziya irəli sürmək
hüququ itir. Lakin bəzi hallarda alıcı əşyanın qüsurlarını qarantiya müddəti bitəndən sonra aşkar edir. Belə
halda qüsurlar əşyanın alıcıya verildiyi gündən iki il ərzində müəyyən edilməlidir ki, alıcı tələb irəli sürə bilsin.
Bu cür əşyalar üçün müqavilədə qarantiya müddəti iki ildən az nəzərdə tutulur. Göstərilən halda satıcı bu şərtlə
məsuliyyət daşıyır ki, alıcı əşyanın qüsurlarının əşya alıcıya verilənədək əmələ gəldiyini və ya həmin məqama-
dək yaranmış səbəblərdən əmələ gəldiyini sübuta yetirsin (MM-in 589.7-ci maddəsi). Belə təsəvvür yaranır ki,
müqavilədə nəzərdə tutulan qarantiya müddəti iki ildən az olan hallarda alıcının mənafeyi xüsusi qayda əsasın-
da müdafiə edilir.
Qanunda həm də verilmiş əsas əşyanın komplektləşdirici məmulatlarının qüsurlarının aşkar edilməsi müd-
dətləri barədə qayda müəyyən edilmişdir (MM-in 589.4-cü və 589.5-ci maddələri). Burada iki halı fərqləndir-
mək lazımdır: müqavilədə komplektləşdirici məmulat üçün əsas məmulata (əşyaya) nisbətən daha qısa qaranti-
ya müddəti müəyyənləşdirilən hal; müqavilədə komplektləşdirici məmulat üçün əsas məmulata (əşyaya) nisbə-
tən daha uzun qarantiya müddəti müəyyənləşdirilən hal. Birinci halda, alıcı komplektləşdirici məmulatın qüsur-
ları ilə bağlı tələbləri həmin qüsurları əsas məmulatın qarantiya müddəti ərzində, ikinci halda isə komplekt-
Dostları ilə paylaş: |