sa, onda hüquq münasibəti barədə yalnız hüquqi forma kimi, yəni hüquqi forma mənasında danışmaq olar.
Bu baxımdan o, hüquqi üstqurumu bütövlükdə özündə birləşdirir. Bu mənada hüquq münasibəti hüquq norma-
ları ilə tənzimlənən ictimai münasibətin hüquqi forması kimi çıxış edir. Daha doürusu, hüquq münasibəti bu
münasibətin, yəni bazis münasibətinin hüquqi formasıdır, yəni ideoloæi münasibətdir. Fəlsəfi planda əgər bazis
münasibəti (yəni hüquq norması ilə tənzimlənən ictimai münasibət) məzmundursa, ideoloæi münasibət isə hü-
quqi formadır. Bazis münasibətləri (məzmun) bazisə, iedoloæi münasibətlər (hüquqi forma) isə hüquqi üstquru-
ma aiddir.
Dediklərimizdən belə məlum olur ki, əgər bazis münasibətləri hüquq normaları ilə tənzimlənərsə, bunun
nəticəsində həmin münasibətlər ideoloæi, yəni hüquq münasibətləri olur. Bu isə onu ifadə edir ki, bazis münasi-
bətləri (hadisələri) üstqurum münasibətləri ilə dəyişdirilir və əvəz edilir. Bu isə mümkün olan hal deyil. Ona gö-
rə ki, fəlsəfi planda bazis münasibəti (məzmun) ideoloæi münasibəti müəyyən edir. Dialektik metod öyrədir ki,
formaya münasibətdə məzmun birincidir. Buna görə də hüquq münasibətinə hüquq norması ilə tənzimlənən
ictimai münasibət kimi anlayış verilməsi uüursuz anlayışdır. Hüquq ədəbiyyatında bu cür anlayışdan istifadə et-
mək dəb və adət halını almışdır. Müəlliflərin əksəriyyəti hüquq münasibətinə belə definisiya (tərif) verir.
Bundan əlavə, hüquq münasibətinə verilən anlayışdan məlum olur ki, hüquq ictimai münasibətləri tənzim
edir. Belə çıxır ki, o, istənilən ictimai münasibəti, o cümlədən ictimai istehsal münasibətlərini də tənzim edir.
Tənzim etmək müəyyən etmək deməkdir. Onda belə təsəvvür yaranır ki, hüquq ictimai istehsal münasibətlərini
müəyyən edir. Həqiqətdə isə belə deyildir. Hüquq (üstqurum) ictimai istehsal münasibətlərini (bazisi) müəyyən
etmir. O, özü bu münasibətlərlə müəyyən edilir. Hüquq münasibətləri bilavasitə istehsal münasibətləri ilə şərtlə-
nir (I.V.Stalin). Marks göstərirdi ki, hüquq münasibətləri maddi həyat münasibətlərinə əsaslanır. Belə halda
ictimai istehsal münasibətlərinin hüquqla tənzimlənməsindən — müəyyən edilməsindən necə söhbət açmaq
olar? Digər tərəfdən, ictimai istehsal münasibətləri obyektiv surətdə, insanların iradə və şüurundan asılı olma-
yaraq müvcuddur. Hüququn işi isə insanların şüurlu, iradəvi fəaliyyəti ilə bağlıdır.
Dialektik materializm forma və məzmuna vəhdətdə baxır. Istənilən hər hansı bir hadisənin forma və məzmu-
nu ayrılmaz və bölünməzdir. Bu, o deməkdir ki, hüquq münasibəti, forması kimi çıxış etdiyi, yəni forması oldu-
üu faktiki-real ictimai münasibətlə (bazis münasibəti ilə, məzmunca) sıx surətdə bağlıdır. O, hüquqi cəhətdən
rəsmiləşdirdiyi, ifadə etdiyi faktiki-real münasibətdən ayrılmır. Onlar birlikdə müvcuddur. Məsələn, satıcı əşya-
nı əvəzində müəyyənləşdirilmiş pul məbləüi almaqla alıcıya verir. Bu, alqı-satqı münasibəti, özü də konkret
faktiki ictimai münasibətdir. Bu münasibət hüquqi cəhətdən alqı-satqı müqaviləsinin vasitəsilə rəsmiləşdirilir.
Alqı-satqı müqaviləsi hüquqi formadır. Real-faktiki alqı-satqı münasibəti ilə bu forma vəhdətdədir.
Deməli, hüquq münasibətindən təkcə və yalnız ideoloæi üstqurum münasibəti kimi söhbət açmaq olmaz. Hü-
quq münasibətinə ideoloæi münasibət (forma) kimi yanaşanda, onda forma məzmundan (faktiki ictimai münasi-
bətdən, bazis münasibətindən) ayrılır. Hüquq münasibətinə həm də forma və məzmunun vəhdətindən ibarət
57
olan kateqoriya kimi baxmaq olar. Belə halda o, həm bazis münasibətini (faktiki münasibəti), həm də üstqurum
münasibəti (ideoloæi münasibəti) əhatə edir. Daha doürusu, bu baxımdan hüquq münasibəti özündə hüquqi üst-
qurumla iqtisadi bazisin birliyini əks etdirir. Hüquq münasibəti bu mənada hüquq norması ilə tənzimlənən fakti-
ki-real münasibətin özüdür.
Lakin hüquqi forma ilə məzmunun vəhdəti olan hüquq münasibəti və faktiki-real münasibət kimi iki müxtəlif
anlayış eyniləşdirilə bilməz. Onlar eynimənalı, üst-üstə düşən anlayışlar deyildir. Hüquq münasibətinə hüquq nor-
maları ilə tənzimlənən ictimai münasibət kimi tərif verilməsi hüquq münasibətini (formasını) ictimai münasibətlə,
yəni faktiki münasibətlə (məzmunla) eyniləşdirməyə səbəb olur. Buna görə də həmin tərifi münasib və uüurlu he-
sab etmək olmaz.
Beləliklə, hüquq münasibəti iki mənada işlədilən kateqoriyadır: məhdud mənada hüquq münasibəti; geniş mə-
nada hüquq münasibəti. Məhdud mənada hüquq münasibəti dedikdə, faktiki real münasibətlərin hüquqi forma-
sı başa düşülür. Bu baxımdan o, ideoloæi münasibət kimi çıxış edərək hüquqi üstqurumu əhatə edir. Geniş məna-
Dostları ilə paylaş: |