§ 1. Françayzinq müqaviləsinin anlayışı,
xüsusiyyətləri, elementləri, əhəmiyyəti və
mülki-hüquqi tənzimlənməsi
1. Françayzinqin anlayışı
Françayzinq müqaviləsinin rəsmiləşdirdiyi münasibətləri başa düşmək üçün, onun hansı sahələrdə tətbiq
olunmasını bilmək məqsədilə belə bir misal çəkək. Yeni yaradılmış hər hansı kommersiya müəssisəsi sahibkar-
lıq fəaliyyətinə başlamaq istəyir. Lakin onun qabaqcıl texnologiyası yoxdur. Həmin müəssisə marketinq və biz-
nes işinin müasir yollarını da bilmir. Təbii ki, o, işgüzar nüfuza malik deyil və daxili bazarda, o cümlədən, bey-
nəlxalq bazarda tanınmır. Şübhəsiz, sahibkarlıq fəaliyyətində, kommersiya əməliyyatlarında və biznes işində
göstərilən müəssisənin uğur qazanması müəyyən çətinliklərlə bağlı olajaqdır. Bəs vəziyyətdən nejə çıxmalı?
Vəziyyətdən çıxmaq üçün kommersiya müəssisəsi həm daxili bazarda, həm də beynəlxalq bazarda yaxşı ta-
nınan, işgüzar nüfuza malik olan məşhur iri firma ilə (məsələn, «Coca-cola» korporasiyası; «Pepsi-cola» korpo-
rasiyası; «Makdonalds» korporasiyası; «General Motors» korporasiyası və s. ilə) razılığa gəlir ki, o, öz məhsul-
larını həmin firmanın əmtəə nişanı altında istehsal etsin və ya öz kommersiya əməliyyatlarını həmin firmanın
firma adı (və ya ticarət markası) altında aparsın və yaxud da onun xidmət nişanı altında fəaliyyət göstərsin. Bu
kimi hallarda kommersiya müəssisəsi və tanınmış məşhur firma arasındakı əlaqələr françayzinq münasibətləri,
həmin münasibətləri rəsmiləşdirən hüquqi forma isə françayzinq müqaviləsi adlanır.
Hələ SSSR-in mövcud olduğu dövrdə (1972-ci ildən) bəzi sovet müəssisələri «Pepsiko» korporasiyası ilə
müqavilə bağlayaraq həmin korporasiyanın sirop (şirə) və konsentratlarından onun ticarət markası altında sərin-
ləşdirici içki («Pepsi-cola» və «Fanta») istehsal edirdilər. Həmin müqavilə françayzinq müqaviləsi adlanırdı.
Hər şeydən əvvəl, beynəlxalq praktikada geniş surətdə tətbiq edilən françayzinq termininin mənasını açaq.
Françayzinq (franşiza) ideyası hələ antik dövrlərdə mövcud olsa da, həmin termin ilk dəfə orta əsrlərdə birinci
kommersiya dəniz və bank münasibətlərinin yarandığı dövrdə meydana gəlmişdir. Həmin termin ilk dəfə Fran-
sada işlədilmişdir. Françayzinq fransızja «franchise (franşiza)» sözündən olub, güzəşt, imtiyaz, sərbəstlik
mənasını ifadə edir. Bu termindən hələ orta əsrlərdə Fransada istifadə edilirdi. O vaxtı françayzinq termini ilə
müəyyən bir fəaliyyətin həyata keçirilməsi üçün kraldan pulla hər hansı imtiyaz (hüquq) əldə edilməsi əhatə
olunurdu. XIX əsrdə bu anlayış ABŞ-da inkişaf etməyə başladı. Müasir mənada françayzinq anlayışı müəyyən
bir sahibkarın (müəssisənin, firmanın) digər sahibkardan (firma, müəssisədən) ona məxsus olan kompleks
Dostları ilə paylaş: |