zırlanması) üzrə münasibətləri qaydaya salır. Başqa sözlə desək, alqı-satqı müqaviləsi əşyanın bilavasitə ve-
rilməsi üzrə alıcı və satıcı arasında yaranan münasibətləri nizamlayırsa, podrat müqaviləsi əşyanın hazırlanması
və müəyyən istehsal fəaliyyəti prosesində sifarişçi ilə podratçı arasında qarşılıqlı münasibətləri tənzimləyir.
Bunlar arasında ikinci fərqləndirici əlamət ondan ibarətdir ki, bütün hallarda podrat müqaviləsinin predmetini
fərdi-müəyyən əlamətləri ilə təyin edilən əşya (əşya hazırlandığı hallarda) və ya fərdi-müəyyən əşyalara
münasibətdə konkret maddiləşmiş (əşyalaşmış) nəticə (emal olunduqda və ya digər iş yerinə yetirildikdə) çı-
xış edir. Alqı-satqı müqaviləsinin predmetini isə həm cinsi, həm də fərdi-müəyyən əşyalar təşkil edir. Belə tə-
səvvür yaranır ki, alqı-satqıdan fərqli olaraq podrat müqaviləsinin predmeti kimi cinsi (növ) əlamətləri ilə mü-
ə
yyən edilən, hüquqi cəhətdən əvəz edilməsi mümkün olan əşyalar çıxış edə bilməz. Əgər podrat müqaviləsi
üzrə podratçı özünün əldə etdiyi materiallardan əvəz edilən əşya hazırlanmışdırsa, onda alqı-satqı qaydaları tət-
biq ediləjəkdir (MM-in 752.2-ci maddəsi). Qeyd etməliyik ki, podrat müqaviləsi üzrə podratçı əşyanı aldığı si-
fariş əsasında hazırlayır. Məhz bu səbəbdən o, həmişə fərdi əlamətləri ilə müəyyən edilən əşya olur. Digər tə-
rəfdən podratçı əşyanı aldığı sifarişin şərtlərinə riayət etməklə hazırlayır. Alqı-satqı müqaviləsi üzrə satıcı isə
alıcıya müqavilədə göstərilən əşya verir: satılan əşyanın kim tərəfindən hazırlanması hüquqi əhəmiyyət kəsb et-
mir.
Podrat müqaviləsinə yaxın olan müqavilə növlərindən biri mal göndərmə müqaviləsidir. Bu müqavilələrin
hər ikisi üçün ümumi və oxşar cəhət ondan ibarətdir ki, həm mal göndərmə, həm də podrat müqaviləsi müəy-
Dostları ilə paylaş: |