2. Sifarişçinin əsas hüquq və vəzifələri
Podrat müqaviləsi üzrə sifarişçinin birinci əsas vəzifəsi podratçının gördüyü işin nəticəsini qəbul etmək-
dən ibarətdir. Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən, iş qəbul edilməlidirsə, sifarişçi yerinə yetiril-
miş işi qəbul etməyə borcludur (MM-in 770-ci maddəsi).
Sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etməlidir. Sifarişçi işin nəticəsini nəzərdə tutu-
lan müddətdə qəbul etməyə də bilər. Bu halda münasibətlər nejə qaydaya salınır? Qanun həmin hüquqi məsələnin
tənzimlənməsi yolunu da göstərir. Belə ki, sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş
qəbul edilmiş sayılır (MM-in 770-ci maddəsi).
Sifarişçi işin nəticəsini qəbul etməkdən ibarət olan əsas vəzifəsini yerinə yetirməməyə görə məsuliyyət da-
ş
ıyır. Onun yerinə yetirilmiş işi qəbul etməməsi podratçıya ixtiyar verir ki, o, zərərin əvəzinin ödənilməsini
Dostları ilə paylaş: |