çəkdiyi xərjlərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad
etməlidir (MM-in 783.1-ji maddəsi). Özü də buradaja dərhal qeyd etməliyik ki, tapşırıq yalnız vijdanla yerinə
yetirilərkən vəkalət alanın çəkdiyi zəruri xərjlər ödənilir. Tapşırığın ijrası zamanı vijdanlılıq prinsipinin pozul-
ması hallarında, çəkilən zəruri xərjlər çətin ki, ödənilsin. Bunu qanunda ifadə olunan göstərişdən yəqin etmək
olur. Çəkilən xərjlər dedikdə daşıma haqqı, nəqliyyat xərjləri, bilet pulu və digər məsrəflər başa düşülür. Məsə-
lən, vətəndaş yaxın qohumlarından birinə onun Moskva şəhərindəki üçotaqlı yaşayış mənzilini satmaq göstərişi
verir. Qohum Moskva şəhərinə gəlir və on gün həmin şəhərdə mehmanxanada qalır. On gündən sonra o, müştə-
ri taparaq mənzili satır. Alqı-satqı müqaviləsi dövlət qeydiyyatına alınarkən qohum olan şəxsin dövlət rüsumu-
nu ödəmək üçün pulu olmur. O, Moskvada yaşayan həmyerlisindən həmin pulu faizi ilə borj alır. Göstərilən bu
halda vətəndaş (vəkalət verən) qohumunun (vəkalət alanın) yol haqqını, mehmanxana və gündəlik yemək xərj-
lərini, aldığı borj məbləğini və borj üzrə faizi ödəyir.
Vəkalət verənin tapşırıq müqaviləsi üzrə daşıdığı vəzifələrdən biri onun vəkalət alana etibarnamə verməyə
borjlu olmasından ibarətdir. Özü də dərhal qeyd etməliyik ki, etibarnamə yalnız hüquqi xarakterli hərəkətlər
edildikdə (məsələn, əqdlər bağlandıqda) verilir. Faktiki hərəkətlər edildikdə etibarnamənin verilməsinə ehtiyaj
yoxdur. Düzdür, vəkalət verənin bu vəzifəsi qanunda birbaşa göstərilməsə də, onu tam yəqin etmək olar. Belə
ki, tapşırıqda onun ijrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilir (MM-in 778.2-ji
maddəsi). Bu səlahiyyəti üçüncü şəxslərlə münasibətdə gerçəkləşdirmək üçün vəkalət verənin vəkalət alana ya-
zılı səlahiyyət (vəkalət), yəni etibarnamə verməsi tələb olunur. Əks təqdirdə, etibarnamə olmadan hüquqi hərə-
kətlərin yerinə yetirilməsi üçün vəkalət alan üçüncü şəxslər qarşısında təmsil oluna bilməz.
Yeri gəlmişkən, tapşırıq müqaviləsi ilə etibarnamə arasındakı münasibətə aydınlıq gətirmək məqsədi ilə bu
məsələyə toxunmağı zəruri hesab edirik. Belə ki, hüquq ədəbiyyatında onlara birmənalı münasibət göstərilmir
(bu barədə sonrakı yarımbaşlığa bax).
Köhnə mülki qanunverijiliyə görə (köhnə 1964-cü il MM-in 398-ji maddəsi) vəkalət verən vəkalət alanın əl-
də etdiklərini qəbul etmək, onu tapşırığın ijra edilməsi üçün zəruri olan vasitələrlə təmin etmək kimi vəzifələr
də daşıyırdı ki, bu vəzifələr qüvvədə olan MM-də nəzərdə tutulmur.
Dostları ilə paylaş: |