çıxış edən nemətlərin sayı kifayət qədər çoxdur. Bu münasibətlər obyektlərin çoxsaylı olması ilə xarakterizə
olunur. Biz maddi nemətlərin, əşyaların, pulun, qiymətli kaüızların, işlərin, xidmətlərin, əqli mülkiyyət obyekt-
lərinin (yaradıcılıq fəaliyyətinin nəticələrinin), informasiyasının mülki hüquq münasibətinin obyektləri olması-
nın tez-tez şahidi oluruq. Heç bir digər hüquq münasibətinin obyektləri bu qədər çoxsaylı ola bilməz.
Mülki hüquq münasibətlərinin dördüncü xüsusiyyəti ondan ibarətdir ki, bu münasibətlərin həyata keçiril-
məsi üçün hüquqi təminat kimi əmlak xarakterli mülki-hüquqi sanksiyalar müəyyənləşdirilir və nəzərdə
tutulur. Söhbət mülki-hüquqi sanksiyaların müdafiə tədbirləri və məsuliyyət tədbirləri kimi iki növündən gedir.
Xüsusən məsuliyyət tədbirləri geniş səviyyədə tətbiq edilir. Zərərin əvəzinin ödənilməsi və dəbbə pulu (cərimə,
penya) alınması mülki hüquq münasibətlərinin həyata keçirilməsində mühüm rol oynayır. Məsələn, daşıma, ica-
rə, kredit, podrat və digər hüquq münasibətlərinin həyata keçirilməsini təmin etmək məqsədi ilə tərəflər müqa-
vilədə dəbbə pulu (cərimə, penya) alınması barədə razılıüa gələ bilərlər. Özü də mülki-hüquqi məsuliyyət təd-
birləri üçün kompensasiya və bərpa etmək kimi iki funksiya xarakterikdir. Onlar mülki-hüquqi məsuliyyətin
ə
sas və başlıca funksiyalarıdır.
Mülki hüquq münasibətlərinin beşinci xüsusiyyəti ondan ibarətdir ki, bu münasibətlər qanunvericilikdə nə-
Dostları ilə paylaş: |