Müqavilənin müddəti daimi renta müqaviləsinin qüvvədə olma müddətini, yəni rentanın ödənilməsi müd-
dətini ifadə edir. Bu müqavilədə renta ödənişinin kəsilməsi müddəti müəyyənləşdirilmir. Renta həmişəlik və fa-
siləsiz olaraq ödənilir.
Daimi rentanın ödənilməsi müddəti haqqında şərt müqavilənin mühüm şərti hesab olunmasa da vacib
ə
həmiyyətə malikdir. Qanun daimi rentanın hər təqvim rübünün sonunda ödənilməsi qaydasını müəyyən
edir (MM-in 872-ci maddəsi). Deməli, renta hər təqvim ilində dörd dəfə (hər rübdə bir dəfə) ödənilir. Qanunun
bu göstərişi imperativ yox, dispozitiv xarakterə malikdir. Bu o deməkdir ki, tərəflərin razılığı ilə daimi renta
müqaviləsi əsasında daimi rentanın ödənilməsinin ayrı müddətləri də nəzərdə tutula bilər. Məsələn, dörd ayda
bir dəfə, ayda bir dəfə, altı ayda bir dəfə və s.
Dostları ilə paylaş: |