sı bir subyekti eyni zamanda bütün hüquq münasibətlərinin subyekti ola bilməz. kincisi, elə kateqoriya
şə
xslər vardır ki, onlar mülki hüququn subyekti kimi tanınır. Amma həmin şəxslər mülki hüquq münasibətlə-
rinin əksəriyyətində subyekt qismində çıxış edə bilmirlər. Söhbət yeni doüulanlardan, azyaşlılardan, ruhi
xəstələrdən və digər kateqoriya şəxslərdən gedir. Məsələn, 12 yaşlı uşaq mağazaya gedərək, özü üçün dəftər,
qələm və kitab alır, yəni xırda məişət xarakterli müqavilə hüquq münasibətinə girir. O, mülki hüququn subyek-
tidir. Lakin həmin uşaq qeyri-xırda məişət xarakterli müqavilə hüquq münasibətlərinə (məsələn, özü üçün yaşa-
yış evi, minik avtomobili almaq üçün alqı-satqı hüquq münasibətinə və s.) girə bilməz. Başqa bir misalda bağ
evi vərəsəlik yolu ilə (vəsiyyət qaydasında) babadan 10 yaşlı nəvəyə keçir. Bununla nəvə bağ evi özərində mül-
kiyyət hüququ əldə edir. O, mülkiyyətçi kimi mülki hüququn subyekti hesab olunur. Amma nəvə həmin bağ
evini müstəqil surətdə sata, bağışlaya, kirayəyə verə, girov qoya, ümumiyyətlə, özgəninkiləşdirə bilməz. Üçün-
cüsü, mülki hüququn subyektləri öz hüquqlarını təkcə mülki hüquq münasibətlərində iştirak etməklə hə-
Dostları ilə paylaş: |