Icazəvermə elə bir üsuldur ki, bu üsul hüquqi şəxsin yaradılmasına səlahiyyətli orqanın qabaqcadan icazə
(razılıq) verməsini nəzərdə tutur. Bu üsul onunla xarakterizə olunur ki, hüquqi şəxsin yaradılması təşəbbüsünü
gələcək iştirakçılar (təsisçilər) irəli sürürlər. Onlar əvvəlcə hüquqi şəxsin yaradılması barədə qərar qəbul edirlər.
Sonra isə hüquqi şəxsin yaradılması üçün icazə (razılıq) almaq məqsədilə müvafiq səlahiyyətli orqanlara müra-
ciət edilir. Icazə verməmişdən qabaq həmin orqan iki məsələni yoxlayır: birincisi, hüquqi şəxsin əmələ gəlməsi-
nin qanuniliyini, yəni onun təsis sənədlərinin qanunvericiliyin tələblərinə zidd olub-olmamasını; ikincisi, hüqu-
qi şəxs yaratmaüın iqtisadi, sosial və s. cəhətdən məqsədəuyüunluüunu. Bu iki şərtdən biri olmazsa, hüquqi şəx-
sin yaradılmasına icazə verilmir. Hər iki şərt mövcud olduüu halda isə səlahiyyətli orqan icazə vermək barədə
qərar qəbul edir.
Icazəvermə üsulu dörd əsas mərhələdən ibarətdir: 1) təsisçinin təşəbbüs aktı; 2) səlahiyyətli orqanın icazə
aktı; 3) təşkilati iş; 4) təsis sənədinin (nizamnamənin) qeydiyyata alınması.
Icazəvermə üsulunun tarixi qədim Roma hüququ dövrü ilə bağlıdır. Bu üsul Roma hüququnda konsessiya
(concessio) anlayışı ilə əhatə olunmuşdu. Concessio dövlətin ortaqlıqlara verdiyi xüsusi icazəyə deyilirdi. Impe-
rator Avqust xüsusi qanun verərək korporasiyaların qabaqcadan senatın razılıüı ilə yaradılması qaydasını müəy-
yənləşdirmişdi. Sonralar konsessiya sistemindən XIX əsrdə bəzi Avropa ölkələrində (Fransada, Avstriyada, Al-
maniyada) hüquqi şəxslərin yaradılmasının üsulu kimi istifadə olunmaüa başladı. Bir sıra xarici ölkələrdə bu
üsuldan indi istifadə edilir.
Sovet dövründə icazəvermə üsulu əsasında demək olar ki, əsasən bütün ictimai təşkilatlar (elmi, idman və di-
gər cəmiyyətlər, həmkarlar, kooperativ təşkilatları və s.) yaradılırdı. Indiki dövrdə bu üsul öz əvvəlki əhəmiyyə-
tini itirərək, az-az hallarda tətbiq olunur. Məsələn, əgər ittifaqlar, assosiasiyalar, konsernlər və müəssisələrin di-
gər birlikləri yaranarsa, onda bu cür hallarda Azərbaycan Respublikasında antiinhisar siyasəti həyata keçirən
mərkəzi icra hakimiyyəti orqanının razılıüı lazımdır. Bu məqsədlə həmin orqana razılıq (icazə) almaq üçün və-
satət verilir. Əgər yeni yaradılan hüquqi şəxsin fəaliyyəti rəqabətin məhdudlaşdırılmasına səbəb ola bilərsə, on-
da onun əmələ gəlməsinə icazə verilmir. Bundan əlavə, təsərrüfat subyektləri yaradıldıqda və ya onların qovuş-
ması, yenidən qurulması, ləğv edilməsi yeni təsərrüfat subyektinin meydana gəlməsinə gətirib çıxardıqda, onda
həmin orqandan qabaqcadan icazə alınır. Ümumiyyətlə, qovuşma, birləşdirmə, yenidən təşkil olunma nəticəsin-
də təsərrüfat subyektinin bazardakı xüsusi çəkisi 35 faizə çatarsa, göstərilən orqandan razılıq (icazə) alınması
tələb edilir. Bu cür qaydanın müəyyən edilməsində əsas məqsəd bazar subyektlərinin inhisarçılıq fəaliyyəti-
|