rikli kapitaldakı payı barəsində sərəncam vermək kommanditçilərin əsas əmlak hüquqlarından biri he-
sab olunur. Söhbət payın özgəninkiləşdirilməsindən gedir. Özü də dərhal qeyd edirik ki, o, heç kəsin razılıüı və
icazəsi olmadan, müstəqil surətdə öz payını özgəninkiləşdirə bilər. Belə halda buna kommandit ortaqlıüın və ya
tam ortaqların razılıq vermələri tələb olunmur. Ona görə ki, tam ortaqlıqdan fərqli olaraq, kommandit ortaqlıüı
iştirakçıları arasında qarşılıqlı münasibətlər şəxsi etimad xarakteri daşımır.
Payın özgəninkiləşdirilməsi dedikdə, onun başqa şəxslərə gözəşt edilməsi, verilməsi başa düşülür. Başqa
şə
xslər rolunda yalnız həmin kommandit ortaqlıüında iştirak edən digər maya qoyanlar və ya üçüncü şəxslər çıxış
edə bilər. Belə ki, kommanditçi şərikli kapitaldakı payını digər maya qoyana və ya üçüncü şəxsə verə bilər (MM-
in 85-ci maddəsinin 2-ci bəndinin 4-cü yarımbəndi).
Qeyd etmək lazımdır ki, kommanditçilər şərikli kapitaldakı payını tam ortaqlara verə bilməzlər. Belə
ki, bu, tam ortaqlar arasında mənafelər balansının pozulmasına səbəb ola bilərdi. Bununla belə, yerdə qalan bü-
tün tam ortaqların razılıüı ilə həmin pay tam ortaqlardan birinə verilə bilər.
Şə
rikli kapitaldakı pay müxtəlif hüquqi vasitələr əsasında özgəninkiləşdirilir. Bu vasitələrə misal olaraq alqı-
satqı, dəyişmə və bağışlama müqavilələri kimi hüquqi konstruksiyaları göstərmək olar. Pay satılarkən komman-
dit ortaqlıüında iştirak edən kommanditçilər payı satın almaqda üçüncü şəxslər qarşısında öz paylarının miqda-
rına mütənasib surətdə üstünlük hüququna malikdirlər.
Kommanditçilərin şərikli kapitaldakı payını verməsi müəyyən hüquqi nəticəyə səbəb olur. Belə ki, bu, onla-
rın ortaqlıqda iştirakına xitam verir. Onlar bütün payın hamısını yox, yalnız onun bir hissəsini də verə bilərlər.
199
Bu cür halda isə kommanditçinin ortaqlıqda iştirakı ləğv olunmur.
Dostları ilə paylaş: |