Beşincisi, səhmdar iştirak etdiyi cəmiyyətdən çıxarsa, ona hər hansı ödəniş verilmir və əmlak hissəsi ödə-
nilmir. Bu cəhəti ilə səhmdar cəmiyyəti məhdud məsuliyyətli cəmiyyətdən fərqlənir. Belə ki, məhdud məsuliy-
yətli cəmiyyətin iştirakçısı cəmiyyətdən çıxarkən onunla hesablaşmalar aparılır. Həmin iştirakçıya onun nizam-
namə kapitalındakı payına uyüun əmlak hissəsi ödənilir. Bundan fərqli olaraq, cəmiyyətdən çıxdığı halda səhm-
dara heç nə ödənilmir. Səhmdar özgəninkiləşdirdiyi səhmə görə bu səhmi əldə edənlərdən yalnız kompensasiya
ala bilər. Bu, o deməkdir ki, səhmdar cəmiyyətdən ancaq səhmin başqa şəxslərə özgəninkiləşdirilməsi (satılma-
sı, bağışlanması və s.) yolu ilə çıxa bilər. Deməli, onun cəmiyyətdən çıxmaq məqsədilə səhmi cəmiyyətə qay-
tarmaq hüququ yoxdur. Səhmləri o, yuxarıda qeyd etdiyimiz kimi, qanunda nəzərdə tutulan qaydada yalnız öz-
gəninkiləşdirə bilər.
Göstərilən bu qaydanın çox mühüm əhəmiyyəti vardır. Belə ki, həmin qayda səhmdar cəmiyyətinin əmlakı-
nın azaldılmaması üçün hüquqi təminat rolunu oynayır, yəni bu cəmiyyətin əmlak (maddi) vəziyyətinin pisləş-
məsinin qarşısının alınmasına imkan verir. Əgər səhmdarın cəmiyyətdən çıxdığı halda özünün əldə etdiyi səhmi
cəmiyyətə qaytarmaq hüququ olarsa, onda bəzi səhmdarların bu hüququ həyata keçirməsi nəticəsində
cəmiyyətin əmlak vəziyyətinin pisləşməsi tam yəqinliklə güman edilir.
Dostları ilə paylaş: |