müəssisələri özəlləşdirilərkən yaranan səhmdar cəmiyyətlərini misal göstərmək olar. Daha doürusu, həmin
cəmiyyətlər dövlət müəssiəsinin çevrilməsi nəticəsində yaranır. Bu cür cəmiyyətlərin hüquqi vəziyyəti səhmdar
cəmiyyəti haqqında ümumi qanunvericiliklə müəyyənləşdirilmir. Həmin cəmiyyətlərin yaradılması və fəaliyyət
göstərməsi özrə münasibətlər dövlət müəssisələrinin özəlləşdirilməsi haqqında xüsusi qanunvericiliklə qaydaya
salınır (MM-in 98-ci maddəsinin 8-ci bəndi).
Nizamnamə səhmdar cəmiyyətinin yeganə təsis sənədi hesab edilir (MM-in 102-ci maddəsi).
Bununla yana-
ş
ı, əgər səhmdar cəmiyyəti bir neçə təsiszi tərəfindən yaradılarsa, təsiszilər arasında təsis müqaviləsi bağlanır
(o, şərti
olaraq belə adlanır). Məqsəd təsiszilərin səhmdar cəmiyyətinin nizamnaməsini, onun yaradılması özrə
birgə fəaliyyət qaydasını, özlərinin əmlakını ona verilməsi və onun fəaliyyətində iştirak edilməsi şərtlərini mü-
ə
yyənləşdirməkdən ibarətdir (MM-in 45-ci maddəsinin 2-ci bəndi, 98-ci maddəsinin 9-cu bəndi). Yazılı forma-
da bağlanan bu müqavilə səhmdar cəmiyyətinin yaradılması prosesində təsisçilər arasında münasibətləri tən-
zimləyir, bu cəmiyyətin əmələ gəlməsi özrə onların göstərdikləri fəaliyyətin həyata keçirilməsi qaydasını müəy-
yənləşdirir. Mülki hüquq elmində (sivilistika doktrinasında) və ali məhkəmə orqanlarının qərarlarında bu müqa-
vilənin hüquqi təbiəti haqqında göstərilir ki, həmin müqavilə birgə fəaliyyət haqqında müqavilədir, səhmdar
cəmiyyətinin yaradılmasını asanlaşdıran yardımçı (köməkçi) vasitədir. O, dövlət qeydiyyatına təqdim olunmur.
Səhmdar cəmiyyəti hüquqi şəxs kimi dövlət qeydiyyatına alındığı andan bu müqaviləyə xitam verilir və məhz
bu səbəbdən həmin müqavilə yaradılan müvafiq jəmiyyətin hüquqi statusunu müəyyənləşdirmir.
Odur ki, o, sözün həqiqi mənasında təsis sənədi hesab edilmir və şərti olaraq təsis müqaviləsi adlanır. Mülki
qanunvericilik onu təsiszilər arasında bağlanmış müqavilə adlandırır (MM-in 98-ci maddəsinin 10-cu bəndi).
Özü də təsiszilər bu cəmiyyətin yaradılması ilə bağlı və onun dövlət qeydiyyatına alınmasına qədər yaranmış
ühdəliklərinə görə birgə məsuliyyət daşıyırlar (MM-in 98-ci maddəsinin 14-cü bəndi).
Səhmdar cəmiyyətinin nizamnaməsində, hər şeydən əvvəl, bütün hüquqi şəxslər üçün ümumi olan məlumat-
lar (səhmdar cəmiyyətinin firma adı, onun olduüu yer və s.) göstərilir. Bundan savayı, nizamnamədə cəmiyyətin
buraxdığı səhmlərin kateqoriyaları, onların nominal dəyəri və miqdarı, nizamnamə kapitalının miqdarı və digər
məsələlər haqqında da məlumatlar verilir (MM-in 102-ci maddəsi).
Nizamnamədə həm də qanunvericiliyə zidd olmayan digər məlumatlar da nəzərdə tutula bilər. Onun tələbləri
səhmdar cəmiyyətinin bütün orqanları, vəzifəli şəxsləri və səhmdarları özün məcburidir (MM-in 102-ci maddə-
sinin 3-cü bəndi).
Mülki Məjəllə səhmdar cəmiyyətinin yaradılması məsələsini xüsusi olaraq tənzim edir (MM-in 98-ci maddə-
sinin 10-14-cü bəndləri). Onu yaratmaq özün vacibdir:
●
təsis yığınjağının keçirilməsi;
●
təsiszilər arasında müqavilə (təsis müqaviləsi) bağlanması (əgər səhmdar cəmiyyəti bir neçə təsiszi tərəfin-
dən yaradılarsa);
●
səhmdar cəmiyyəti haqqında qərar qəbul edilməsi (əgər səhmdar cəmiyyəti bir şəxs tərəfindən yaradılar-
sa);
●
səhmdar cəmiyyətinin nizamnaməsinin hazırlanması (qəbul olunması).
Təsis yığınjağı o halda keçirilir ki, cəmiyyətin bütün səhmləri təsiszilər arasında bülüşdürülsün. Onun
keçirilmə müddəti təsis müqaviləsində göstərilir. Təsis yığınjağında bütün təsiszilər iştirak etməlidirlər. Məhz
belə halda o, səlahiyyətli hesab olunur. Təsiszilər təsis yığınjağında öz nümayəndələri vasitəsilə də iştirak edə
bilərlər.
Təsis yığınjağı aşağıdakı məsələləri həll edir: səhmlərin ödənilməsi özün verilən əmlakın (binanın, torpaq
sahəsinin, nəqliyyat vasitəsinin, istehsal alət və vasitələrinin və s.) dəyərini təsdiqləmək; səhmdar cəmiyyətinin
yaradılması barədə qərar qəbul etmək; səhmdar cəmiyyətinin nizamnaməsini təsdiq etmək; səhmdar cəmiyyətin
idarəetmə və nəzarət orqanlarını təşkil etmək. Bu məsələlər barədə qərarlar təsiszilər tərəfindən yekdilliklə, di-
214
gər məsələlər haqqında isə sadə sə s zoxluğ u ilə qəbul edilir.
Səhmdar cəmiyyətinin təsisçiləri istənilən fiziki şəxs (həm sahibkar statusu olan fiziki şəxslər, həm də qeyri-
sahibkar statuslu fiziki şəxslər) və hüquqi şəxs (həm kommersiya təşkilatları, həm də qeyri-kommersiya təşki-
latları) ola bilərlər. Özü də səhmdar cəmiyyətinin bir şəxs (fiziki və ya hüquqi şəxs) tərəfindən yaradılması-
Dostları ilə paylaş: |