Direktorlar şurası (müşahidəsi şurası) səhmdar cəmiyyətinin idarəetmə sisteminə daxil olan orqanlardan
biridir. Bu cür orqan səhmdarlarının sayı əllidən çox olan cəmiyyətdə yaradılır (MM-in 107-ci maddəsinin 3-cü
bəndi).
Müşahidə şurasının (direktorlar şurasının) səlahiyyətləri səhmdar cəmiyyətinin nizamnaməsi ilə müəyyənləş-
dirilir. Nizamnamədə bu orqanın müstəsna səlahiyyətinə aid edilən məsələlər göstərilir. Həmin məsələlər
cəmiyyətin fəaliyyətinin əsas istiqamətləri ilə bağlıdır. Bir qayda olaraq, səhmdarların ümumi yıüıncaüının ha-
zırlanması və çaüırılması, cəmiyyətinin idarəetmə orqanlarının fəaliyyət qaydasını müəyyən edən daxili sənəd-
lərin təsdiq edilməsi, ehtiyat və digər fondlardan istifadə olunması, dividendlərin miqdarı və ödənilməsi qaydası
barədə tövsiyə verilməsi, cəmiyyətin əmlakının özgəninkiləşdirilməsi və cəmiyyət üçün əmlak əldə edilməsi ilə
bağlı olaraq iri əqdlərin bağlanması və digər məsələlər müşahidə şurasının müstəsna səlahiyyətinə aid edilə bi-
lər. Bunlardan əlavə, nizamnamədə nəzərdə tutula bilər ki, cəmiyyətin filial və nümayəndəliklərini yaratmaq,
onların əsasnamələrini təstiq etmək və fəaliyyətinə xitam vermək, cəmiyyətin təşkilati strukturunu və daxili
qaydalarını təsdiq etmək, vəzifəli şəxslərin əmək haqlarını müəyyən etmək və əmlak məsuliyyətinə jəlb edilmə-
si barədə qərar zıxarmaq direktorlar şurasının (müşahidə şurasının) müstəsna səlahiyyətinə aid edilsin.
Müşahidə şurası ümumi xarakterli məsələləri həll etmək üçün daimi fəaliyyət göstərən orqandır.
O, öz səla-
hiyyətləri həddində ümumi rəhbərliyi həyata keçirir (MM-in 107-7-ci maddəsinin 1-ci bəndi). Bu, onu ifadə
edir ki, direktorlar şurası (müşahidə şurası) idarəetmə orqanıdır. darəetmə (idarəzilik) funksiyası onun yerinə
yetirdiyi əsas funksiyalardan biridir. Bununla yanaşı, direktorlar şurası (müşahidə şurası) cəmiyyətin fəaliyyəti
özərində nəzarəti həyata keçirir (MM-in 107-7-ci maddəsinin 1-ci bəndi). Bu isə o deməkdir ki, direktorlar şu-
rası (müşahidə şurası) nəzarət orqanıdır. Belə ki, eyni zamanda onun əsas funksiyası səhmdar cəmiyyətinin
Dostları ilə paylaş: |