Kooperativ fiziki və hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün özvlüyə əsaslanan elə bir könüllü
birliyidir ki, bu birlik öz iştirakçılarının (özvlərinin) maddi və başqa tələbatının onların əmlak pay haq-
larının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. Kooperativ dedikdə, fiziki şəxslərin, yaxud
fiziki və hüquqi şəxslərin iqtisadi, təsərrüfat və sosial tələbatlarını ödəmək məqsədilə onların səy və resursları-
nın könüllü birləşməsi əsasında yaradılan və fəaliyyət göstərən təsərrüfat subyekti başa düşülür. Kooperativə
verilən anlayış onun əsas cəhət və xüsusiyyətlərini müəyyənləşdirməyə, habelə onu kommersiya təşkilatının di-
gər növlərindən — təsərrüfat ortaqlıq və cəmiyyətlərindən fərqləndirməyə imkan verir.
Bildiyimiz kimi, təsərrüfat ortaqlıqları şəxslərin (əməyin, səylərin) birləşməsi, təsərrüfat cəmiyyətləri isə ka-
pitalların birləşməsidir. Bunlardan fərqli olaraq, kooperativ həm şəxslərin (əməyin, səylərin), həm də kapi-
Dostları ilə paylaş: |