kincisi, qeyri-kommersiya təşkilatları məhdud (məqsədli, xüsusi) hüquq qabiliyyətinə malikdir. Bu cür
hüquq qabiliyyəti onu ifadə edir ki, qeyri-kommersiya təşkilatları yalnız onun fəaliyyət məqsədinə uyüun gələn
və birbaşa təsis sənədində göstərilən hüquq və vəzifələrə malik ola bilər. Onların istənilən hüquq və vəzifələrə
malik olması istisna edilir, mümkün deyil.
2. ctimai birliklər
ctimai birliyi Mülki Məcəllə qeyri-kommersiya təşkilatlarının bir forması (növü) kimi nəzərdə tutur. Həmin
məcəllənin 114-cü maddəsi ictimai birliklərin hüquqi vəziyyətini və əsas xüsusiyyətlərini müəyyənləşdirir.
Bundan əlavə, ictimai birliklərin hüquqi vəziyyətinin və mühüm cəhətlərinin təyin edilməsində, habelə onların
yaradılması və fəaliyyət göstərməsi ilə bağlı münasibətlərin tənzimlənməsində xüsusi qanunların vacib rolu var-
dır. Söhbət, hər şeydən əvvəl, 10 noyabr 1992-ci il tarixində qəbul edilmiş « ctimai birliklər haqqında» və 13
iyun 2000-ci ildə qəbul olunmuş «Qeyri-hökumət təşkilatları haqqında» qanunlardan gedir.
Dostları ilə paylaş: |