237
və vəzifələrə malik ola bilərlər. Bu isə o deməkdir ki,
onlar mə
qsə
dli (mə
hdud) mülki hüquq qabiliyyə
tinə
malikdir.
Fondların iqtisadi (əmlak) dövriyyədə iştirakı da onların fəaliyyət məqsədlərinə uyüun gəlməlidir. Məhz bu-
na görə onların iqtisadi (əmlak) dövriyyədə çıxışı məqsədli xarakter daşıyır.
Fondların ə
sas iş
tirakçıları onların təsisçiləri hesab edilirlər. Təsisçi rolunda həm hüquqi şəxslər (həm
kommersiya, həm də qeyri-kommersiya təşkilatları), həm də fiziki şəxslər çıxış edə bilərlər. Özü də fondun bir
təsisçi tərəfindən yaradılması istisna edilmir. Təsisçi qismində fondun yaradılmasında on səkkiz yaşına çatma-
yan fiziki şəxs, habelə dövlət hakimiyyət orqanları və yerli özünüidarə orqanları iştirak edə bilməz.
Xarici ölkə vətəndaşları (əcnəbilər) və vətəndaşlıüı olmayan şəxslər bizim ölkədə fəaliyyət göstərən fondla-
rın təsisçisi ola bilərlər. Bu barədə qanun hər hansı bir xüsusi tələb nəzərdə tutmur və həmin şəxslərin hüquqla-
rını məhdudlaşdırmır.
Fondlar onun təsis edilməsi ilə yaradılır. Bu barədə təsisçilər (təsisçi) müvafiq qərar qəbul edir. Təsis yıüın-
caüı çaüırılır. Yıüıncaqda fondun nizamnaməsi təsdiq olunur.
Dostları ilə paylaş: