Subyektiv mənada mülkiyyət hüququ izah edilərkən subyektiv mülki hüququn ümumi anlayışından istifadə
254
etmək lazımdır. Bununla bərabər, subyektiv mülkiyyət hüququ həm də spesifik xüsusiyyətlərə malikdir.
Subyektiv mülkiyyət hüququnun birinci xüsusiyyəti ondan ibarətdir ki, bu hüquq mütləq xarakterə ma-
likdir. Bu, onu ifadə edir ki, səlahiyyətli şəxs olan mülkiyyətçiyə qarşı subyektiv mülkiyyət hüququnu pozma-
mağa borclu olan qeyri-müəyyən sayda şəxslər («hamı və hər kəs») durur. Səlahiyyətli şəxs (mülkiyyətçi) istə-
diyi kimi öz mənafeyi naminə əmlaka sahiblik, əmlakdan istifadə və onun üzərində sərənjam vermək hüquqları-
nı həyata keçirə bilər. Borclu şəxslər isə (dairəsi müəyyən edilməyən) bu hüquqların gerçəkləşdirilməsinə ma-
neçilik edən, əngəl törədən hərəkətlər etməmək vəzifəsini daşıyırlar. Müəlliflərin əksəriyyəti subyektiv mənada
mülkiyyət hüququna mütləq mülki hüquq münasibəti kimi baxırlar. Almaniya hüquq doktrinasında da mül-
kiyyət hüququ mütləq hüquq kateqoriyasına aid edilir.
Subyektiv mülkiyyət hüququnun ikinci xüsusiyyəti ondan ibarətdir ki, o, əmlak xarakterinə malikdir. Bu
hüququn iqtisadi məzmunu maddi dünyanın predmetləri ilə əlaqədardır. Əmlak xarakterli mülkiyyət hüququnu
ə
qd (məsələn, alqı-satqı, bağışlama və digər müqavilələr) bağlamaq, vərəsəlik yolu ilə özgəninkiləşdirmək olar.
Subyektiv mülkiyyət hüququnun
üçüncü xüsusiyyə
ti ondan ibarətdir ki,
bu hüquq əş
ya hüququdur. Mül-
kiyyətçinin mənafeyi əşyaya qarşılıqlı təsir göstərmək yolu ilə onun faydalı xüsusiyyətləri hesabına təmin edi-
lir. O, borclu şəxsin razılığı olmadan əşyaya sahiblik, əşyadan istifadə etmək və onun barəsində sərənjam ver-
mək səlahiyyətlərini həyata keçirir.
Əş
ya hüququ ilə mülkiyyət hüququ arasındakı əlaqə cins və növ arasındakı münasibət kimidir. Hər bir mül-
kiyyət hüququ əşya hüququdur, amma hər bir əşya hüququ mülkiyyət hüququ hesab edilmir. Məsələn, məhdud
əş
ya hüquqları (girov hüququ, servitut hüququ, superfitsi hüququ və s.) əşya hüququ kateqoriyasına aid edilir,
anjaq mülkiyyət hüququ sayılmır. Mülkiyyət hüququ ilə məhdud əşya hüququ arasındakı əlaqəyə gəldikdə isə
qeyd etmək lazımdır ki, mülkiyyət hüququ şahmatdakı vəzirə oxşayır.
Subyektiv mülkiyyət hüququ vaxt və zaman kateqoriyası ilə məhdudlaşmır. Mülkiyyət hüququ müddətsiz
Dostları ilə paylaş: