6. Hüququn prinsipləri mülki hüququn mənbəyi kimi
Qeyd etdik ki, mülki hüquqda həm hüququn ümumi prinsipləri, həm də mülki hüququn xüsusi (sahəvi) prin-
sipləri böyük rol oynayır. Hüququn ümumi prinsipləri hüququn mənbəyi hesab edilir.
Dünyanın demək olar ki, bütün hüquq ailələrində bu prinsiplər hüququn mənbəyi kimi qəbul edilir. Həm ro-
man-german hüququ, həm də ingilis-amerikan hüququ ölkələrinin qanunvericiliyi və yaranmış hüquqi ənənə
hüquqtətbiqetmə fəaliyyəti prosesində hüququn ədalət, vicdanlılıq və digər bu cür ümumi prinsiplərindən istifa-
də etməyin mümkünlüyünü nəzərdə tutur. Belə ki, qanunda konkret hüquqi göstəriş, hüquqi adət və ya hüquqi
presedent olmadıqda, hüququn ümumi prinsiplərinin hüquqi məsələni həll etmək üçün tətbiq edilməsinə yol ve-
rilir.
Bəzi ölkələrin qanunvericiliyində hüququn ümumi prinsiplərinin hüququn mənbələrinə aid edilməsi barədə
birbaşa göstəriş nəzərdə tutulur. Ispaniya Mülki Məcəlləsinin 6-cı maddəsi hüququn mümkün olan mənbələri
arasında ümumi prinsipləri də sadalayır. Misir, Əlcəzair və Iraq kimi ölkələrin mülki məcəllələri hakimlərə ixti-
yar verir ki, onlar müsəlman hüququ prinsiplərinə əsaslanmaqla qanundakı boşluüu doldursunlar.
Azərbaycan Respublikasının yeni mülki qanunvericiliyi göstərir ki, mülki münasibəti, habelə buna oxşar
münasibəti tənzimləyən norma olmadığı hallarda, həmin münasibəti nizama salmaq üçün mülki hüququn prin-
sipləri əsas kimi götürülür, ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınır (MM-in 11-ci maddəsinin 2-ci
bəndi). Burdan belə bir nəticəyə gələ bilərik ki, bizim ölkə qanunvericiliyi hüququn ümumi prinsiplərini və
mülki hüququn xüsusi (sahəvi) prinsiplərini hüququn mənbə növü kimi qəbul edir. Axı, həmin prinsiplərin tət-
38
biqi nəticəsində müvafiq mülki münasibəti tənzimləyən yeni mülki hüquq norması yaranır.
Dostları ilə paylaş: |