qarşılıqlı iradə ifadəsi başa düşülür. Yaponiya mülki hüquq elminə görə, müqavilə iki iradəvi hərəkətin —
təklif və razılığın məcmusudur.
Sivilistika elmi və mülki qanunvericilik müqaviləni üç mənada işlədir. Birinci mənada müqavilə mülki (öh-
dəlik) hüquq münasibəti deməkdir (məsələn, alqı-satqı müqaviləsi alqı-satqı hüquq münasibəti deməkdir).
kinci mənada müqavilə əqd mənasını ifadə edir. Bu baxımdan o, hüquqi fakt kimi hüquq münasibəti yaradır
(məsələn, podrat müqaviləsi hüquqi fakt, yəni əqd kimi podrat hüquq münasibəti əmələ gətirir). Üçüncü mənada
müqavilə sənəd mənasında işlədilir. Elə bir sənəd ki, o, hüquq münasibətinin yaranma faktını ifadə edir.
Dostları ilə paylaş: |