Real əqdlər odur ki, bu cür əqdlərin bağlanmış hesab edilməsi üçün əqdin bağlanması barədə tərəflə-
rin sazişindən əlavə, həm də əşyanın və ya pulun verilməsi tələb olunur. Bu əqdlərin bağlanması üçün tərəf-
lərin sazişi (razılaşması) kifayət etmir. Bunun üçün həm də zəruridir ki, əşya və ya pul qarşı tərəfə verilsin. Yal-
nız əşya və ya pul qarşı tərəfə verildiyi andan əqd bağlanmış hesab edilir. Məhz bu andan tərəflər üçün hüquq
və vəzifələr yaranır. Real əqdə misal olaraq dəmir yolu ilə yük daşıma müqaviləsini göstərmək olar. Yükün da-
ş
ınma üçün qəbul edilməsi bu müqavilənin bağlanma anını göstərir. Bu müqavilədən savayı, bank əmanəti (de-
pozit), renta və s. müqavilələr real əqd kateqoriyasına şamil edilir.
Bəzi əqdlər tərəflərin sazişindən və ya qanunda nəzərdə tutulmasından asılı olaraq, ya konsensual əqd, ya da
real əqd ola bilər. Məsələn, bağışlama, sığorta, faktorinq və s. bu cür müqaviləyə misal ola bilər.
Dostları ilə paylaş: |