Microsoft Word P. doc titul doc



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə26/100
tarix20.05.2022
ölçüsü0,92 Mb.
#58783
1   ...   22   23   24   25   26   27   28   29   ...   100
P. pa ayev t B t elml R N N laq L YR N LM S

__________________Milli Kitabxana__________________ 
29 
rının sayı artdıqca onun xassələrinin dəyişməsini və s. keçərkən ətraflı 
izahat vermək lazımdır. Burada kəmiyyat dəyişmələrinin keyfiyyət 
dəyişmələrinə keçməsiidəki sıçrayışlara xüsusi fikir vermək, belə 
keçidlərin dərin fəlsəfi mənasını, dərketmə prosesində oynadığı rolu 
fizikada radioaktivlik, kimyada yanma prosesi kimi mövzuları 
öyrədərkən göstərmək olur. Təbii radioaktivlik tədricən baş verən 
sıçrayışdır. Çünki elə radioaktiv elementlər var ki, onların 
yarımparçalanma periodu milyon illərə bərabərdir. 
Şagirdlər zəncirvarı reaksiyalarla tanış olduqda görürlər ki, bu ani 
prosesdir. Burada kəmiyyət dəyişmələri sıçrayışlı keçidlə yeni 
keyfiyyət dəyişmələri əmələ gətirir. Şagirdlərə buradaca başa salmaq 
lazımdır ki, sıçrayışlı keçidləri olan bütün prosesləri, məsələn, 
istilik—nüvə reakskyalarını idarə etməyi bacarmaq cəmiyyət üçün çox 
faydalıdır. 
Kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə keçməsinə 
kimyadan əi yaxşı misal D. I. Mendeleyevin dövri cədvəlidir. Sadə 
elementlərin xassələri (keyfiyyəti) onların atom çəkisindən asılıdır. 
Müəyyən birləşmədəki atomların sayı (kəmiyyət) onun təbiətini 
(keyfiyyəti) təyin edir. SO və SO
2
, N
2
O və N
2
O
2
, O
2
və O

və s. 
Yuxarıda qeyd etdiyimiz kimi, spirt molekullarında hidroksil 
qruplarının sayı artdıqca spirtip sıxlığı, özlülü, qaynama temperaturu 
və s. dəyişir. Oksidləşmə reaksiyaları ilə şagirdləri tanış etdikdə 
göstərmək lazımdır ki, müəyyən şəraitdə yanma prosesi tədricən
başqa şəraitdə isə partlayışla gedir. 
Bu qayda ilə başqa fənlərdən də kəmiyyət dəyişmələrinin 
keyfiyyət dəyişmələrinə keçməsinə aid şagirdlərin başa düşə biləcəyi 
misallar göstərilir, bu qanunun ümumi olduğu onlara izah edilir. 
3. İnkarı inkar qanunu. Ayrı-ayrı təbiət fənlərini öyrənərkən 
şagirdlərin diqqəti, təbiət hadisələrinin inkişaf prosesində müşahidə 
edilən köhnə ilə təzə arasındakı münasibətə cəlb edilir. Köhnə 
keyfiyyətlərin yenilərilə əvəz edilməsi, əvvəlki xassələrin dəyişməsi 
bu qanunun əsas əlamətləridir. Bu qanunu bilməklə şagirdlər, nəinki 
inkişaf prosesində köhnə ilə təzə arasında əmələ gələn mürəkkəb 
vəziyyətdən 



Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin