Microsoft Word P. doc titul doc



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə17/100
tarix20.05.2022
ölçüsü0,92 Mb.
#58783
1   ...   13   14   15   16   17   18   19   20   ...   100
P. pa ayev t B t elml R N N laq L YR N LM S

__________________Milli Kitabxana__________________ 
20 
tı üçün zəruri olan buqiymətli qaza-oksigenə ehtiyac olmur. Məhz bu 
səbəbə görə, onuncu beşillikdə ölkəmizin enerji tələbatının 40%-ni su 
və atom elektrik stansiyaları ödəyəcəkdir. 
Xalq təsərrüfatının bütün sahələrini elmi-texniki inqilabın baş 
verdiyi indiki dövrdə enerjiyə olan tələbat misli görülməmiş bir 
sürətlə artır. Planetimizin əsas enerji ehtiyatını özündə toplayan təbii 
sərvətlər isə getdikcə azalır. Bunu bir sıra kapitalist ölkələrində baş 
verən enerji böhranı təsdiq edir. Hazırda bir çox ölkələrdə mal-qara 
peyinindən, kəpəkdən, dəniz yosunlarından, sənaye və kənd təsərrüfatı 
tullantılarından və sairədən enerji almaq məqsədilə sənaye miqyasında 
işləyən qurğular yaratmaq iqtisadi cəhətdən əlverişli hesab edilir. 
1976-cı ildə Vaşinqtonda çağırılmış beynəlxalq konfransda quruda və 
suda yeni enerji «məhsulları» yetişdirmək ətraf mühiti çirkləndirən 
tullantılardan enerji verən xammal kimi istifadə etmək və bu məqsədlə 
tərtib ediliiş layihələr geniş müzakirə edilmişdir. Mütəxəssislərin 
fikrincə, hazırda ABŞ-ın təbii qazdan istifadə etməklə aldığı 
enerjini, 56 mln. hektar okean fermasında yetişdirilmiş dəniz 
yosunlarının köməyilə almaq olar. Bir sıra sənaye müəssisəlirində 
əmələ gələn çirkli sulardan metan və etilen almaq mümkündür. 
Maraqlıdır ki, həmin qazları mal peyinindən da almaq olur və bu 
qazların çıxması- onun bir gübrə maddəsi kimi keyfiyyətini dəyişmir.
Insan və heyvan qalıqlarında?! enerji alan qurğular Çində-
Hindistanda və bir sıra başqa ölkələrdə çox illərdən bəridir 
müvəffəqiyyətlə işləyir, lakin bu qurğuların kiçik olması onların
iqtisadi əhəmiyyətini xeyli azaldır. Böyük qurğular ancaq böyük 
şəhərlərdə toplanan zibilləri emal etmək üçün tətbiq edilə bilər və 
iqtisadi cəhətdən əlverişli olar. Çünki əks halda zibilin daşınması və 
bir yerdə mərkəzləşdirilməsinə çəkilən xərc ondan alınan enerjinin
maya dəyərini qaldırır. Energetikanın bioloji mənbələrindən
müvəffəqiyyətlə istifadə edilməsi ətraf mühitin çirklənməsilə 
mübarizədə də böyük rol oynayır. 
Öyrədilən materialı elmin muasir inkişafı ənənələri ilə, günün 
tələbləri ilə, onun öyrənilməsinin zəruri olduğunu sübut edən faktlarla 
bağladıqda şa- 



Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin