1.5. İnformasiya sistemlərinin təsnifatı Emal olunan informasiyanın növünə görə informasiya
sistemlərini iki sinfə bölmək olar:
- faktoqrafik informasiya sistemləri;
- sənədli informasiya sistemləri.
Faktoqrafik informasiya sistemləri (FİS) xüsusi
formada təşkil edilən və formalaşdırılan verilənlər şəklin-
də təqdim olunan faktoqrafik informasiya ilə işləyirlər.
Yuxarıda qeyd olunduğu kimi, belə informasiya faktiki
məlumat xarakteri daşıyır və verilənlər adlanırlar.
Faktoqrafik İS-in funksional bazasını verilənlər bazala-
rının idarə edilməsi üçün nəzərdə tutulmuş sistemlər təşkil
edir. Ona görə də faktoqrafik informasiya sistemlərini,
ənənəvi olaraq, verilənlər bazalarının idarə edilməsi sis- temləri (VBİS) adlandırırlar.
VBİS-də verilənlər xüsusi strukturlaşdırılmış fayllarda
– verilənlər bazalarında (VB) ayrı-ayrı yazılar – verilənlər
toplusu şəklində saxlanılır. VB-də hər bir yazı konkret bir
obyekti təsvir edir, həmin obyektin konkret xarakteristika-
sı və ya parametri haqqında məlumatı özündə saxlayan bir
və ya bir neçə hissədən, yəni sahədən ibarət olur.
Obyektlərin faktoqrafik təqdimatı onun xarakteristika-
larının sadalanmasını, göstəricilərin müəyyən edilməsini,
obyektin və ya prosesin vəziyyətinin faktiki təsvirini və s.
nəzərdə tutur.
Ümumiyyətlə, faktoqrafik informasiya sistemləri məlu-
mat-sorğu funksiyalarının reallaşdırılması və verilənlərin
39
emalı məsələlərinin həlli üçün istifadə olunur. Məlumat-