Microsoft Word Qasimov-ias docx



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə34/177
tarix01.01.2022
ölçüsü1,74 Mb.
#50803
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   177
N 406

2.2.  İnternet ünvanlar 
Verilənlərin ötürülməsi zamanı problemlərin yaranma-
ması üçün internetdə qoşulmuş  hər bir kompüter unikal 
IP-ünvana malik olmalıdır. IP-ünvan bir-birindən nöqtə ilə 
ayrılan dörd ədəd ardıcıllığından ibarət olur. Bu ədədlərin 
hər biri bir bayt uzunluğunda olur və 0-dan 255-dək qiy-
mət ala bilər. Ən soldakı ədəd ən yüksək ranqlı şəbəkənin 
nömrəsi olur. Sonrakı iki ədəd nisbətən aşağı ranqlı 


53 
şəbəkələrin hissələrini, sonuncu ədəd isə konkret şəbəkə 
kompüterini (hostu) müəyyən edir (şək.2.1).  
Ümumi halda, host dedikdə digər avadanlıqlarla ünsiy-
yət üçün TCP/IP protokollarını istifadə edən istənilən 
qurğu başa düşülür. 
IP-ünvanlar çətin yadda saxlanıldığı üçün onların əvəzinə 
şərti simvolik adlardan istifadə olunması təklif olunmuşdur. 
Belə adlara domen adlar deyirlər. Domen adlar da bir-birin-
dən nöqtələrlə ayrılan hissələrdən ibarət olur. Bu hissələrin 
sayı müxtəlif ola bilər. IP-ünvanlarda yüksək ranqlı hissə 
solda, domen adlarda isə sağ  tərəfdə yerləşir. Domen adın 
ən sağında yerləşən hissəsi birinci səviyyəli domenin adı və 
ya identifikatoru adlanır. Bu hissə, bir qayda olaraq, ölkələrin 
domen adları (ru – Rusiya, pl – Polşa, tr – Türkiyə, az –Azər-
baycan və s.) və ya istifadə üçün ABŞ-a məxsus olan və bey-
nəlxalq səviyyədə istifadə edilən domen adlar (com – kom-
mersiya təşkilatları,  edu – təhsil müəssisələri,  gov – dövlət 
təşkilatları, mil – hərbi təşkilatlar, net – fəaliyyəti şəbəkə ilə 

Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin