82
İnformasiya axtarışı baxımından Zipf və Bredford qa-
nunları bilavasitə maraq kəsb edir.
Tədqiqatlar
göstərir ki, insanlar tərəfindən yaradılmış
mətnlər bioloji və psixoloji amillərdən asılı olaraq müəy-
yən xüsusiyyətlərə malik olurlar. Belə ki, onlar mətn ha-
zırlayarkən özlərindən asılı olmadan müəyyən çərçivədən
kənara çıxa bilmirlər.
Zipf
müəyyən etmişdir ki, mətnlərdə böyük uzunluğa
malik olan sözlər kiçik uzunluğa malik olan sözlərə nisbə-
tən
daha az istifadə edilir, eləcə də terminlərin mətnlərdə
rast gəlinmə tezliyi ilə sənədlərin məzmununa uyğunluğu
arasında asılılıq mövcuddur. Bu postulat əsasında
Zipf iki
universal mülahizə irəli sürmüşdür.
İnformasiya ehtiyatlarının məzmunlarının (mətnləri-
nin) statistik təhlili üçün irəli sürülmüş Zipf qanunları
mətnlərdə rast gəlinən sözlər çoxluğundan termin kimi
qəbul oluna biləcək daha yığcam altçoxluğu müəyyən et-
məyə,
ümumiyyətlə, mətnlərin xarakteristikalarını aydın-
laşdırmağa imkan verir.
Bredford isə sənədlərin (məqalələrin, web-səhifələrin
və s.) məzmunları ilə onların müəyyən mənbələr (jurnal-
lar, web-saytlar və s.) üzrə paylanması arasında qanuna-
uyğunluq aşkar etmişdir.
Dostları ilə paylaş: