59
bir web-səhifədən digər web-səhifəyə istinadlar (hiperis-
tinad və ya hiperkeçidlər) qoymağa və digər funksiyaları
yerinə yetirməyə imkanı verir.
Hiperistinadlar web-səhifələrdə hər hansı sözə, sözlərə,
qrafik
elementlərə, şəkillərə və digər növ elementlərə
bağlanır və həmin element haqqında daha geniş məlumatı
əks etdirən hissəyə və ya digər web-səhifəyə keçidi təmin
edir. Web-səhifələr arasında bu cür əlaqələr yalnız eyni
bir saytda olan sənədləri deyil,
həmçinin, müxtəlif sayt-
larda, hətta dünyanın müxtəlif ölkələrində yerləşən sayt-
larda olan məlumatları bir-biri ilə əlaqələndirə bilər. Bu
cür yaradılmış "əlaqə telləri" son nəticədə hörümçək toru-
na oxşar web-əlaqələr torunu əmələ gətirir.
Məhz bu ba-
xımdan web-fəzanı dünya hörümçək toru adlandırırlar.
Belə hiperəlaqələr üzrə bir informasiya ehtiyatından digə-
rinə keçid web-fəzada naviqasiyanı, yəni informasiya
ehtiyatları üzrə "gəzintini" təmin edir.
Web-saytlara qoşulmaq, saytlarda olan web-səhifələrə
baxmaq və onlar arasında naviqasiyanı həyata
keçirmək
üçün
brauzer (browser) adlanan xüsusi proqramlardan is-
tifadə olunur. Brauzer proqramları bir sıra funksiyaları
yerinə yetirir. Əvvəla, brauzer web-serverin müştəri proq-
ramı funksiyasını yerinə yetirir. O, web-serverlə əlaqə ya-
radır və ondan web-səhifəni tələb edir. İkincisi,
brauzer
kompüterdə web-fəzanın pəncərəsi rolunda çıxış edir, in-
ternetdən alınmış sənədləri müəyyən olunmuş qaydada
ekranda əks etdirir. Brauzerlərin digər funksiyaları qis-
mində açılmış səhifələrin siyahısının saxlanılması, axtarı-
şın sadələşdirilməsi, faylların yüklənməsi və s. göstərmək
olar. Bu gün
Microsoft Internet Explorer, Netscape Navi-
gator, Opera, Google Chrome, Mozilla və s. kimi brauzer-
lərdən daha çox istifadə olunur.
60
İnternetdə web-portal anlayışına da tez-tez rast gəlinir.
Onlar təyinat və funksional baxımdan
adi saytlardan bir
qədər fərqlənirlər.
Dostları ilə paylaş: