Formal relevantlıq – axtarış mexanizmlərinin köməyi
ilə İAS tərəfindən istifadəçinin axtarış sorğusunun infor-
masiya massivində olan sənədlərlə tutuşdurulması (mü-
qayisə edilməsi) yolu ilə müəyyən olunan relevantlıqdır.
Faktiki relevantlıq dedikdə axtarış nəticəsində İAS-dan
alınmış sənədlərin məzmununun istifadəçi tərəfindən araş-
dırılması (dərk edilməsi) və onun tələbatına yaxınlıq dərə-
cəsinin təyin edilməsi yolu ilə müəyyən olunan relevantlıq
başa düşülür.
Hər bir istifadəçi özünün informasiyaya olan tələbatını
dəqiq bilməsinə baxmayaraq, obyektiv səbəbələrdən bu
tələbatı axtarış sorğusunda qeyri-adekvat şəkildə forma-
laşdıra və düzgün ifadə etməyə bilər. Belə olduqda istifa-
dəçinin konkret sorğusuna cavab olaraq İAS-ın verdiyi in-
formasiya ehtiyatlarının müəyyən hissəsi (bəzən əksəriy-
yəti) həqiqətdə istifadəçinin tələblərinə (ehtiyacına) uyğun
olmur. Ona görə də axtarışın nəticəsinin keyfiyyətinin
müəyyənləşdirilməsi üçün İAS-ın verdiyi sənədlərin istifa-
dəçinin sorğusuna deyil, onun informasiya tələbatına uy-
ğunluğunun qiymətləndirilməsi böyük əhəmiyyət kəsb edir.
Bu məqsədlə pretinentlik anlayışından istifadə olunur.
Pertinentlik – informasiya axtarışı nəticəsində tapılmış
sənədlərin məzmununun istifadəçinin axtarış sorğusu şək-
lində formalaşdırılmış informasiya tələbatına uyğunluğu
142
dərəcəsidir. Məzmunları istifadəçinin informasiya tələba-
tına cavab verən sənədlər pertinent, cavab verməyənlər isə