166
nur. Bu mexanizmin mahiyyəti ondan ibarətdir ki, axtarış
prosedurası interaktiv və iterativ xarakter daşıyır. Belə ki,
ilkin axtarış yerinə yetirildikdən sonra sistem tərəfindən
təqdim olunmuş sənədlər arasından istifadəçinin relevant
hesab etdiyi sənədləri göstərməsi ondan xahiş (təklif) olu-
nur. İterasiyanın sonrakı mərhələsində sistem tərəfindən
qeyd olunmuş sənədlərə daxil olan terminlər vasitəsilə is-
tifadəçinin sorğusu genişləndirilir (və ya dəqiqləşdirilir)
və yenidən axtarış aparılır. Axtarış prosedurası bu qayda
ilə o vaxta qədər davam etdirilə bilər ki, istifadəçinin fikri-
nə görə artıq bundan sonra axtarışın nəticəsini yaxşılaşdır-
mağa ehtiyac olmasın. Relevantlığa görə sorğunun korrek-
tə edilməsi üsulu sorğuların dəqiqləşdirilməsi məqsədilə
kifayət qədər geniş tətbiq olunur. Bəzi sistemlərdə istifa-
dəçi belə bir proseduranın tətbiq olunduğunu hiss etmir.
Vektorlar modelinin üstünlüyü, əsasən, onun reallaşdırıl-
masının asan və sadə olmasından ibarətdir. Bu model həmçi-
nin tapılıb verilmiş sənədlərin relevantlığının qiymətləndiril-
məsi üçün istifadəçi ilə əks əlaqəni asan reallaşdırmağa im-
kan verir.
Dostları ilə paylaş: