Microsoft Word Qebele-Son variant



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə33/80
tarix02.01.2022
ölçüsü1,9 Mb.
#2191
1   ...   29   30   31   32   33   34   35   36   ...   80
Çarxana. Burada əhalinin sayı 800 nəfərdir. Bu kəndin də sakinləri əməksevərliyi ilə 
tanınırlar. Meyvə bağları, tərəvəz sahələri və mal-qaraya qulluq sayəsində  əhalinin 
dolanışığında irəliləyiş hiss olunur. Ziyalılıq səviyyəsinə görə adı məşhurdur. İlk arxeoloq 
alim Qara Əhmədovun vətənidir. “Orta əsr Beyləqan şəhəri” adlı əsəri ölkədə arxeologiya 
üzrə ilk doktorluq işi sayılır. Kənddə alimin ev-xatirə muzeyi açılıb. 


Çuxur Qəbələ. Adından bəlli olduğu kimi çökəklikdə yerləşdiyindən çuxur coğrafi 
terminindən və  Qəbələ sözlərindən təşkil olunub. Qədim Albaniyanın paytaxtı olan 
Qəbələ  şəhərinin adını daşıyır. Rayon mərkəzindən 34 km. cənub qərbdə, Alazan-
Həftəran vadisindədir. 
Qəbələ  şəhəri süquta uğradıqdan sonra onun çuxurda yerləşən məhəlləsinin adını bu 
kənd zəmanəmizə  qədər saxlayıb. Kəndin  ərazisində  qədim  şəhərin qala və tikinti 
qalıqları, Qəbələ tarix mədəniyyət qoruğu yerləşir. Kəndin cənub-şərqində erkən orta 
əsrlərə,  şimal və  şimal-şərqində isə orta əsrlərə aid qəbiristanlıqlarda yazılı  və naxışlı 
sənduqələr qalmışdı. Bu kənddə  qədim və orta əsrlərə aid pul dəfinələri də tapılmışdır. 
Zaman-zaman burada arxeoloji ekspedisiyalar aparılır və hər dəfə də alimlər yeni faktların 
şahidi olurlar. Alimlərin fikrincə bura tarixdə böyük qüdrətli dövlətə  məxsus olub ki, 
torpağın altındakı sirli aləm hələ çox mətləbləri üzə çıxaracaq. 
Qəbələdə alimlərin axtarış aparmaq imkanları  məhdud idi. Burada alimlərin sərbəst 
fəaliyyəti üçün vaxtilə baza yaradılmışdı. Erməni təcavüzünə məruz qalan vətəndaşlarımız 
məcburiyyət qarşısında həmin yerə sığınıblar. Bir neçə ildir ki, arxeoloqlar maddi vəsait 
üzündən işləyə bilmirdilər. Bu məsələdə isə artıq yardımçıları var. SEBA şirkəti, Seul-
Bakı Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası  onlara arxa çıxıb, burada 
çalışan alimlərin qayğılarını, ehtiyaclarını  təmin edir və onların fəaliyyəti üçün geniş 
imkanlar yaradır. Bu ictimai təşkilatın üzvləri Azərbaycan EA Arxeologiya və 
Etnoqrafiya İnstitutunun əməkdaşlarına, ərazidə çalışan alimlərə köməyini təklif edib. Bu 
nəcib və humanist addımdan sonra ekspedisiya üzvləri arxeoloji prosesləri davam 
etdirməyə müvəffəq olublar.  
Hazırda  ərazidə yeni bazanın tikilməsi planlaşdırılıb. Beynəlxalq tədbirlərin 
keçirilməsi üçün elmi simpozium zalları, qonaq evləri və eksponatların saxlanması, 
nümayişi məqsədi ilə xüsusi mühafizə olunan bina layihəsinin inşası  nəzərdə tutulur. 
Koreya alimlərinin də bura  gəlişi gözlənilir. SEBA şirkəti bu nadir tapıntıya-Qəbələyə 
dünya alimlərinin diqqətini ona görə yönəltmək istəyir ki, tarixdə nəhəng dövlət sayılan 
və müasir arxeoloji tapıntıları ilə tarixçiləri yenidən düşünməyə sövq edən Qədim 
Albaniya Qafqazın keçmişini açmaqla tarixin yeni səhifərini yazır. O şəhərin varisi olan 
yeni Qəbələyə isə qədim maddi mədəniyyət abidəsinin tədqiqatı məqsədi ilə dəvət edilən 
xaricilər bugünkü dağlar qoynundakı müasirliyin şahidi olanda heyrətini gizlətmir, hər iki 
görkəminə (keçmişi və bugünü) heyran olurlar.  
Çuxur Qəbələ  kəndində 1000 nəfər yaşayır. Burada balıq yetişdirmə müəssisəsi var. 
Qızıl balıqların artırılması istiqamətində müəssisə işçiləri hər il Xəzərə bu növdə canlılar 
bəxş edir. Yaxın gələcəkdə müəssisənin genişləndirilməsi nəzərdə tutulur. Onu da qeyd 
edim ki, dadı ilə bənzərsiz təamı olan təbii dağ çaylarına məxsus farellərinin varlığı da bu 
torpağın özəlliyidir. Bu kəndin ortasından keçən dupduru göz yaşı kimi çay da (mənbəyi 
bulaqdan qaynaqlanan təmiz su axır) balıqçılığın inkişafında əsas rol oynayır. Həmin çay 
boyunca bir çox ailələr balıq üçün hovuzlar tikiblər...   
Dandıq  kəndində 150 nəfər  əhali məskunlaşıb. Təbiəti digər kəndlərdən daha 
cazibədardır. Uca dağların  ətəyində  səhər-səhər duman, çən çəkiləndən sonra göyün 
üzünün  şəffaflığı,  əzəmətli yüksəkliklər buranı özlərinə yaşam seçənlərin ruhuna hakim 


kəsilib. Suyu təmiz bulaqlardan qaynayır. Təbiət  əsiri olan dandıqlılar heç pis də 
dolanmırlar. Payızda topladıqları meyvələr il ərzində satılaraq ailənin tələbatına uyğun 
xərclənir. Fərdi tərəvəz sahələrinin artması, mal-qaranın çoxalması da yaşayışın 
səviyyəsindən xəbər verir... 
Daşlıca. Bəzi məlumatlara görə bu oykonim öz adını dağ çayının gətirdiyi xırda daş və 
çınqıllardan almışdır.  Ərazinin 30-40 sm dərinliyindəki torpaq qatı  xırda daşlıqla 
örtülüdür. Daşlıca “daşlı yer” deməkdir.  
Hazırda  əhalisinin sayı 800 nəfərdir. Meyvə bağları, tərəvəz sahələri  əhalinin 
məşğuliyyətidir. Mal-qara saxlayan sakinlər taxıl əkininə də üstünlük verirlər. 
Heydər  Əliyev fondunun  vəsaiti hesabına kənddə müasir standartlara uyğun orta 
məktəb binasının tikilməsi uşaqların yüksək səviyyədə təhsilinə real imkan yaradıb... 

Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin