Йапонийа сяфярнамяси
191
Millət «böyüyəm» söyləmək ilə böyük olmaz,
Dünyayə yapon əzmini göstərdi yaponlar.
Kim görsə bu zənginliyi etməzmi təəccüb?
Heyrətlərə saldı nə qədər fərdi yaponlar.
Azər diyarım zərdi, Yapon mülkü də öylə,
Torpaqları zər, özləri zərgərdi yaponlar.
Sülh istəyi vardırsa da onlarda, ayıqdır,
Cəng etməyə hər ləhzə səfərbərdi yaponlar.
Rişxənd elədi yoxluğa sanki Naqasaki,
Çox mə’rəkədən çıxdı, müzəffərdi yaponlar.
Quş var havalanmır göyə, uçmur yuvasından,
Şahin quşu tək göydə qanad gərdi yaponlar.
Şairdi biri, qeyrisi alimdi, nə olsun?
Şairsə də, alimsə də, əsgərdi yaponlar.
Odlar elinin sevgisini öylə yetirdi,
Şahinlə yapon sevgisi göndərdi yaponlar.
Tokio, 26 fevral
Şe’ri bitirdim və bir söhbət yadıma düşdü:
Sırağagün prof.T.Kuroda ilə sağollaşarkən o, mənə dedi
ki, iki ildən sonra İran tarixi ilə bağlı elmi konfrans
Şahin Fazil
192
keçirmək niyyətindədir. Sonra əlavə etdi ki, səni mütləq
də’vət edəcəyik. Dedim ki, gələrəm, amma isti fəsildə.
Həqiqətən
də
bu
gözəl
diyara,
sakuralar,
samuraylar, kamikadzelər, özlərini vətən və xalq naminə
xarakiri edənlər ölkəsinə yenə gəlmək istərdim. Amma isti
vaxtda. Yadıma təxminən 30-40 il bundan qabaq Qubada
raykom işləmiş yoldaş Səlimov Sadıq haqqındakı bir
söhbət düşdü. Deyilənə görə, Səlimov hələ cavan bir
Dostları ilə paylaş: