Təklifimizi qəbul etdiyinizə və «Tarixi ənənələrin
müəyyən olunması (dəqiqləşdirilməsi) və postsovet
ölkələrində yeni tədqiqat və təhsil meylləri» adlı elmi-
tədqiqat layihəmizdə bizimlə əməkdaşlığa görə sizə
minnətdarlığımızı bildiririk. Adım Hiroki Okadır. CNEAS
Yaponiya Tohoku universitetinin professoruyam. Bu elmi-
tədqiqat layihəsinə 2007-ci ildə Yaponiya Təhsil Nazirliyi
Elmi Tədqiqatlar Grant-in-aid-in dəstəyi ilə başlanılıb. Bu
layihənin həyata keçirilməsində məqsədimiz Rusiya,
Mərkəzi Asiya ölkələri, Gürcüstan, Azərbaycan və
Monqulstan da daxil olmaqla, SSRİ-nin təsir dairəsində
olmuş ölkələrdə tarix və ənənəvi mədəniyyətə dair
fikirlərdə yaranan son dəyişiklikləri öyrənməkdir. Prof.
Takashi Kuroda layihə üzvlərindən biridir. 2008-ci ilin
fevralında Monqolustan və Özbəkistandan olmaqla iki
xarici tədqiqatçının iştirakı ilə toplantımız olub. Bu dəfə
biz Azərbaycan və Gürcüstana dair məsələləri müzakirə
etməyi planlaşdırırıq. İndi gündəmdə dəvətnamə üçün
sənədləri hazırlamaq və viza prosesidir. Tezliklə onları
sizə göndərəcəyik.
Çıxışınızın mövzusunu və xülasəsini fevralın 15-
dək göndərməyinizt xahiş edirik.
Azərbaycandan Sendaya təyyarə bileti də daxil
olmaqla xərclər bizim hesabımıza ödəniləcək.
Lütfən bizimlə əlaqə saxlayın.
Hörmətlə: CNEAS Tohoku universiteti, Prof.
Hiroki Oka
Tel/fax. 81-220795-6083
19 dekabr 2008-ci il»
Şahin Fazil
26
Tezliklə, yanvarın 5-də Takaşi Kurodadan belə bir
e-mail gəldi: