Йапонийа сяфярнамяси
225
müt’i-müt’i əyiləm,
Qoçam,
mən qoyun deyiləm!
6.10.2000
İkinci Divan, səh.620
Yaponiyadan adıma bir məktub gəldi. Xanım Ayumi
Yanagiya göndərmişdi. Konverti açdım. İçərisində bir
məktub və bir neçə şəkil vardı. Mənim Toyo Bunkonun
təşkilatçılığı ilə Tokioda mühazirəmlə bağlı çəkilmiş
şəkilllər. Məktub fars dilindədir və onun tərcüməsi belədir:
«26 mart, 2009
Hörmətli professor Şahin F.Fərzəliyev.
Salam və ehtiram təqdim etməklə, arzu edirəm ki, Siz
və ailəniz sağlam və şadimansınız. Sizin iltifat kölgəniz
altında mənim də vəziyyətim yaxşıdır və daim sizin mübarək
vücudunuzun sağlam qalmasından ötrü dua edirəm.
Fevral ayında sizin buradakı elmi çıxışınız bizim
üçün olduqca faydalı və öyrədici (amuzənde) oldu. Mənə
unudulmaz təsir bağışladınız. Xeyli təşəkkür edirəm. Sizinlə
birgə çəkdirdiyimiz bir neçə şəkli göndərirəm. Ümidvaram
ki, xoşunuza gələcək.
Xahiş edirəm ki, əgər məndən asılı hər hansı bir iş
xüsusnda buyuruğunuz olarsa mənə bildirin, əmrinizin
icrasını yerinə yetirməklə mənə iftixar bəxş edin.
Ümid edirəm ki, sizin buraya yenə səfəriniz
olacaqdır. Sizi bir daha görməklə, ey əziz dost, olduqca şad
olaram. Qiymətli fəaliyyətinizdə müvəffəq və şadiman olun.
Şahin Fazil
226
Sizin daimi minnətdarınıs və səmimi dostunuz
Ayumi Yanagiya
(imza)
Dokumentation Center for İslamik Area Stadies, The
Toyo Bunko
(Oriental Library)
Merino-Rikugien Building 5 F,
1-3-1 Komagome, Toshima-ku,
Tokyo, YAPAN».
Yaponiyaya səfərimlə bağlı aldığım sonuncu məktub
bu oldu. Hörmətli yaponlar, sizlərlə yeni görüşlər
arzusundayam. Sağ olun, salamat qalın.
19.07.2011-21.08.2011
Quba şəhəri.
P.S. Beləliklə, adını «Yaponiya səfərnaməsi» adlan-
dırdığım kitabı bitirdim. Yazdıqlarımın əsasını Yaponiyada
yazdığım qeydlərim təşkil etdi.
Yaponiya, var ol! Məhz sənin sayəndə kitablarımın
sayı bir vahid də artdı.
Dostları ilə paylaş: