Microsoft Word Sahin Fazil. Yaponiya Sefernamesi doc



Yüklə 7,05 Mb.
Pdf görüntüsü
səhifə13/166
tarix02.01.2022
ölçüsü7,05 Mb.
#1064
1   ...   9   10   11   12   13   14   15   16   ...   166
  Йапонийа сяфярнамяси 
 
 
17 
- Təklif realdırmı? 
-  Əlbəttə.  Elə  buna  görə  sizə  zəng  vurmuşuq. 
Səfəriniz  bir-iki  aydan  sonra,  fevralın  ortaları  üçün 
müəyyənləşdirilib. Sizin adınıza məktub gələcək. 
Mənim  adıma  ingilis  dilində  rəsmi  məktub  gəldi. 
Bir neçə gündən sonra 19 dekabr 2008-ci ildə göndərilmiş 
həmin  məktubun  Senday  şəhəri  Tohoku  Universitetinin 
Şimal-Şərqi  Asiya  Tədqiqatları  Mərkəzinin  professoru 
Hiroki  Oka  tərəfindən  rus  dilinə  çevrilmiş  nüsxəsini  də 
aldım.  Beləliklə,  mənim  adıma  yüksək  mədəniyyət  və 
ehtiramla  yazılmış  eyni  məzmunlu  də’vətnamədə  özündə 
yüksək  yapon  mədəni  müraciətini  əks  etdirən  aşağıdakı 
mə’lumat və təklif öz əksini tapmışdı: 
«Əziz professor Şahin F.Fərzəliyev. 
Yaponiyaya gəlmək, «Tarixi ən’ənələr və postsovet 
rejimi  ölkələrində  tədqiqat  və  təhsil  metodlarının  yenidən 
işlənməsi  üzrə  tədqiqatlar»  mövzusu  üzrə  bizim  elmi-
tədqiqat  işimizə  öz  köməyinizi  əsirgəmədiyinizə  və 
təklifimizi  qəbul  etdiyinizə  görə  Sizə  öz  minnətdarlığımı 
bildirmək istərdim. 
Mənim  adım  Oka  Hirokidir,  Yaponiyanın  Tohoku 
Universitetinin  Şimal-Şərq  Asiya Tədqiqatları Mərkəzinin 
professoru  və  bu  proyektin  rəhbəriyəm.  Yaponiya  Maarif 
Nazirliyinin  himayəsi  və  maddi  yardımı  ilə  2007-ci  ildə 
başlayan  bu  elmi-tədqiqat  proyekti  Rusiya,  Azərbaycan, 
Corciya  (Gürcüstan  –  Ş.F.),  Özbəkistan  və  Monqolustan 
da daxil olmaqla, sabiq sovet ölkələrinin yaxın keçmişdəki 
tarixşünaslıq  və  təhsil  ən’ənələrini  öyrənmək  və  onlara 
yardım  etmək  məqsədi  daşıyır.  2008-ci  ilin  fevralında  biz 
Monqolustan  və Özbəkistanın iki xarici tədqiqatçısı ilə öz 
ilk  görüşümüzü  keçirdik.  Bu  dəfə  isə  yuxarıdakı  proyekt 
Şahin Fazil 
 
 
18 
üzrə Azərbaycan və Corciya tədqiqatçıları ilə görüşmək və 
göstərilən mövzunu müzakirə etməklə şərəflənirik. 
Burada,  hal-hazırda  Sizin  də’vətinizlə  bağlı 
sənədlər  hazırlığı  və  viza  prosesi  reallaşmaq  üzrədir.  Biz 
tezliklə onları Sizə göndərəcəyik. 
Siz  lütfən  öz  mühazirənizin  adını  bizə  yollayın. 
Həmçinin  xahiş  edirik  ki,  mühazirənizin  xülasəsini  15 
fevral  tarixinədək  göndərəsiniz.  Seminar  2009-cu  ilin 
fevral ayının 21-də keçiriləcəkdir. 
Nəzərinizə  çatdırırıq  ki,  səyahətiniz  zamanı  sizin 
ölkənizlə  Yaponiyanın  Senday  Universiteti  arasındakı 
mövcud xərclər (expences) tərəfimizdən ödəniləcəkdir. 
Xahiş  edirik  ki,  bizimlə  əlaqə  saxlayasınız. 
Səmimiyyətlə Hiroki Oka – Yaponiya Tohoku Universiteti 
Şimal-Şərqi Asiya Tədqiqatları Mərkəzi. 
 
Tel./ Fax. 81-22-795-60-83 
19.12.2008». 
Elə həmin gün Hiroki Okanın başqa bir məktubu da 
evimə göndərildi. 
Mən  bu  məktubu  günorta  vaxtı  almışdım. 
Axşamüstü  poçtalyon  dr.  Hiroki  Okanın  başqa  bir 
məktubunu da evimə gətirdi. İngilis dilində olan məktubda 
yazılmışdı: 
 

Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin